Məktəblilər Azərbaycan Diplomatik Akademiyası ilə tanış oldular
Tarix: 18.05.2015 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbə ərazisində yerləşən 30 və 143 saylı tam orta məktəblərin yuxarı sinif şagirdlərinin Azərbaycan Diplomatik Akademiyası ilə tanışlıq görüşü keçirilib.
Görüş M.Ə.Rəsulzadə Bələdiyyəsinin 2015-ci il Fəaliyyət Planına uyğun olaraq, gənc nəslin karyerasını müəyyən etməsində düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə həyata keçirilib. Görüşdə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial məsələləri daimi komissiyasının sədri Jalə Tofiqqızı, Yerli ekologiya məsələləri daimi komissiyasının sədri Şaiq Qəhrəmanov, Hüquq məsələləri daimi komissiyasının üzvü Ayla İbrahimova, Yerli büdcə məsələləri daimi komissiyasının üzvü Günel Vahabzadə, gənclər və Rəsulzadə qəsəbəsi ərazisində yerləşən 30 və 143 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak edib.
Görüş zamanı M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova giriş sözü ilə çıxış edərək bildirib ki, xarici siyasət sahəsində uğurların əldə olunmasında ilk növbədə diplomatiyamızın xüsusi rolu var. Müstəqilliyimizin möhkəmləndirilməsi, dünya dövlətləri arasında Azərbaycanın ədalətli mövqeyinin təbliği və qorunması məhz diplomatların üzərinə düşən böyük və şərəfli vəzifədir. Gənc diplomatların hazırlanması və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin qorunub saxlanması istiqamətində xüsusi rol oynayan mərkəzlərdən biri də Azərbaycan Diplomatik Akademiyasıdır. M.Ə.Rəsulzadə tərəfindən məktəblilərin akademiya ilə tanışlıq görüşünün təşkil edilməsində məqsəd məhz yetişən nəsildə Azərbaycanın maraqlarının qorunması baxımından diplomatiyaya marağı artırmaqdır.
Sonra Azərbaycan Diplomatik Akademiyasının Bakalavr proqramları üzrə qəbul şöbəsinin əməkdaşı Xədicə Hüseynova M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunmuş bu görüşdən məmnun olduğunu ifadə edib. O, akademiya haqqında məlumat verərək bildirmişdir ki, dövlətimizin başçısının 2006-cı il 6 mart tarixli Fərmanı ilə təsis edilən Azərbaycan Diplomatik Akademiyası yarandığı gündən öz fəaliyyətində xüsusi ixtisaslı diplomat kadrların hazırlanmasını və beynəlxalq münasibətlər sahəsində elmi tədqiqatların aparılmasını əsas prioritet kimi götürmüşdür.
Akademiyada idarəetmə sistemi tam avtomatlaşdırıldığından tələbələrin bu təhsil ocağına gəlişi, dərslərdə iştirakı və onların nəticələri avtomatik olaraq kompüterlərə ötürülür, tələbələr tələbə kartları vasitəsilə auditoriyalara daxil olurlar. Biznes fakültəsində 40 və 80 nəfərlik elektronlaşdırılmış 20 auditoriya var. Bu auditoriyaların özəlliyi ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq, burada müəllimlərin tədris lövhələrində qeydləri və yazıları “smart-board” sistemi vasitəsilə “Wi-Fi” və ya “bluetooth”la tələbələrin kompyuterlərinə ötürülür. Yəni, tələbələr müəllimlərin qeydlərini birbaşa kompüterlərində görə bilirlər.
Təhsil ocağının dördmərtəbəli kitabxana korpusu ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, Azərbaycanda ən böyük xarici dilli kitabxanaya malik olan Akademiyada ingilis dilində 500 mindən artıq elektron kitabdan istifadə olunur. Kitabxana və informasiya xidmətinin dekanı Marta Spiers də şagirdlərlə görüşmüş, onların təəssüratlarını öyrənib.
Daha sonra şagirdlər akademiyanın tələbə mərkəzi ilə tanış olublar. Bildirilib ki, mərkəzin birinci mərtəbəsində 300 nəfərlik kafe və 300 nəfərlik iclas zalı fəaliyyət göstərir. İclas zalı yüksək keyfiyyətli audio və video çəkilişlərin aparılması məqsədilə müasir avadanlıqla təchiz olunub. Mərkəzdə Azərbaycan dövlətçiliyinin və diplomatiyasının tarixini əks etdirən zal, musiqi və rəsm dərnəklərinin keçirilməsi üçün ayrıca otaqlar var. Görüşün sonunda şagirdlərin çoxsaylı sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info