“Bütün Avropa Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsini dəstəkləyir”
Tarix: 19.05.2015 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


“Bu, onu göstərir ki, Azərbaycan yalnız bu regionda deyil, ümumilikdə bütün Avropa səviyyəsində mühüm, strateji bir
ölkədir”

“Ölkənizə hər səfərimdə yeni Azərbaycan kəşf edirəm, gözəl ənənələrlə tanış oluram. Azərbaycan doğrudan da zəngin mədəniyyətə, ənənələrə malik bir ölkədir. Mən bir siyasətçi kimi danışmıram, ürəyimdən gələn sözləri deyirəm. Budəfəki səfərimdə Şəki şəhərinin yerləşdiyi regionla tanış oldum. Həqiqətən də zəngin tarixə malik gözəl şəhərdir. Şəki xanlarının sarayı çox xoşuma gəldi. Şəki həm də “İpək Yolu”nin üzərində yerləşən şəhərdir. Boynumdakı bu şərf də Şəki ipəyindən hazırlanıb”.
Bu fikirləri III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin deputatı xanım Rəşidə Dati Şəkidə jurnalistlərə müsahibəsində bildirib. Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunları ilə bağlı jurnalistlərin sualını cavablandıran xanım mer deyib: “Avropa Parlamentinin deputatı kimi, deyə bilərəm ki, şəxsən mən özüm, eləcə də bütün Avropa Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsini dəstəkləyirik. Bu uğur münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Azərbaycan bu Oyunlarla yeni bir tarix yazır. Bu tədbirə bütün Avropadan gəlirlər. Bu, onu göstərir ki, Azərbaycan yalnız bu regionda deyil, ümumilikdə bütün Avropa səviyyəsində mühüm, strateji bir ölkədir. İlk dəfə keçiriləcək Avropa Oyunları yalnız siyasi, iqtisadi baxımdan deyil, idmanın inkişafı, bu sahədə beynəlxalq əlaqələrin genişlənməsi baxımından da mühüm bir tədbirdir”. Azərbaycanı hər zaman şərtsiz dəstəkləyən bir siyasətçi olduğunu vurğulayan xanım Rəşidə Dati daha sonra deyib: “Azərbaycana bir neçə dəfə səfər etmişəm, ölkənizi yaxşı tanıyıram. Azərbaycan istər yerli, istərsə də beynəlxalq səviyyədə milli və dini azlıqları müdafiə edən tolerant ölkədir. Həqiqətən də bu, çox vacib məsələdir. Dünyada çox az ölkə belə keyfiyyətlərə malikdir. Azərbaycan bu dəyərləri həmişə qoruyub saxlayır. Çox şadam ki, bu gün Azərbaycandayam”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info