“Bakı-2015” dünyaya səs salacaq bir yarışma olacaq”
Tarix: 19.05.2015 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Raqif Hüseynov: “Keçirdiyimiz tədbirlərdə ilk Avropa Oyunlarının respublikamıza gətirəcəyi böyük uğurlardan
danışırıq”


İlk Avropa Oyunlarının paytaxtla yanaşı regionlarda da sevinci yaşanır. Bölgələrdə “Bakı-2015”ə hazırlıq məqsədilə müxtəlif tədbirlər keçirilir. Elə təkcə İlk Avropa Oyunlarının məşəlinin rayonlardan keçərkən insanların bayram əhvali-ruhiyyəsində olmasını qeyd etmək bəs edər. Amma bununla yanaşı, gənclər arasında da digər səpkili maarifləndirici layihələr həyat keçirilir. Bu kimi işlərdə gənclər daha da aktivlik göstərir.
Regionlardan yüzlərlə könüllülər ilk Avropa Oyunlarına qoşularaq öz vətəndaşlıq borclarını yerinə yetirirlər. Gəncədə fəaliyyət göstərən Xəzər Təhsil Mərkəzi də bu istiqamətdə işlərini davam etdirir. Mərkəzin direktoru, gənc alim Raqif Hüseynov qəzetimizə bildirdi ki, bir Azərbaycanlı olaraq ilk Avropa Oyunlarının Bakıda keçirilməsindən qürur duyur: “Bu, Vətənimiz Azərbaycanın inkişafı deməkdir. Azərbaycan günü-gündən inkişaf etdikcə yeni-yeni beynəlxalq tədbirlərə ev sahibliyi edir. “Bakı-2015” dünyaya səs salacaq bir tədbir olacaq. Bununla Azərbaycan dünyaya bir daha öz gücünü göstərəcək”.
Raqif Hüseynov dedi ki, ilk Avropa Oyunları Avropanın hər yerindən gələn 6000-dən çox idmançı arasında keçiriləcək çoxşaxəli idman yarışıdır: “Oyunlar Avropa Olimpiya Komitələri (AOK) tərəfindən hazırlanıb və idarə edilir. İlk Avropa Oyunlarınının keçirilməsi haqqında qərar 8 dekabr 2012-ci il tarixində Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında verildi. Baş Assambleyada 49 Milli Olimpiya Komitəsi iştirak edirdi. Məhz bu tədbirdə 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarını keçirmək hüququ Azərbaycanın paytaxtı Bakı şəhərinə verildi. Avropa Oyunları Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır.2015-ci ildən etibarən hər bir qitənin Olimpiya ənənələrinə uyğun qitə Oyunları olacaq. Avropa Oyunlarında on altısı Olimpiya və dördü qeyri-Olimpiya olmaqla cəmi 20 idman növü təmsil olunacaq. Bütün bunlar bizim üçün hədsiz sevinc bəxş edir”.
Raqif Hüseynov bildirdi ki, Xəzər Təhsil Mərkəzində də ilk Avropa Oyunları ilə bağlı dəyirmi masalar təşkil olunur: “Region gəncləri olaraq biz də “Bakı-2015”in təbliğatını aparırıq. Mərkəzdə keçirdiyimiz tədbirlərdə ilk Avropa Oyunlarının respublikamıza gətirəcəyi böyük uğurlardan söhbət aparırıq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
“Maksimum təzyiq siyasəti” uğursuz olunca “maksimum yalan siyasəti”nə keçirlər“
15.09.2019
Dövlət əxlaqı
15.09.2019
Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
14.09.2019
Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir
13.09.2019
Dağlıq Qarabağdakı qanunsuz “seçkilər“ xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info