“Ukrayna əhalisi qaz, işıq və suyun qiymətinin artmasının şokunu yaşayır”
Tarix: 19.05.2015 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


“Kommunal tariflərin artırılmasına qarşı Ukraynanın bir çox iri şəhərlərində keçirilən etirazlar ölkə rəhbərliyini öz xalqına qarşı “aldatma və fəaliyyətsizliy”ini ortaya qoyur. Hazırda Ukraynada “qaz şoku”
yaşanır”.

Bu fikirləri Almaniya nəşri olan “Handelsblatt” Ukraynada tariflərlə əlaqədar xalq etirazlarının artması ətrafında yaranmış vəziyyəti şərh edərkən qeyd edib. Nəşr yazır ki, Ukrayna əhalisi kommunal xidmətlər- qaz, su və elektrikin qiymətinin artmasının şokunu yaşayır. Kiyev sakinləri iddia edirlər ki, paytaxtda “dar ağacı” yaradılıb. Verilən mesaj da belədir: “Məni tariflər öldürür”. Burada söhbət Kiyevdə keçirilən etiraz aksiyasından gedir. Ukrayna KİV-lərinin məlumatına görə, tariflərin artırılmasına etiraz əlaməti olaraq keçirilən aksiyada beş mindən artıq adam iştirak edib. Alman nəşrinin yazdığına görə, Kiyevin mərkəzində- Kreşatikada qurulmuş “dar ağacı” qaz borusunun rəmzi kimi təsvir edilib. “Handelsblatt” yazır ki, hakimiyyət tərəfindən həyata keçirilən "fırıldaqçılığa" qarşı ölkənin böyük şəhərləri olan Dnepropetrovsk və Xarkovda da etiraz aksiyaları keçirilib. “Ukraynada qiymətlər yalnız bir istiqamətdə hərəkət edir-yuxarı”-yazan qəzet xatırladır ki, ötən həftə ölkədə qazın qiyməti 40, suyun qiyməti 55, enerjinin qiyməti isə 67 faiz artıb: “Ekspertlər hesab edir ki, bu, son hədd deyil. Çox güman ki, tariflərin artımı davam edəcək. Ölkədəki enerji şirkətləri xarici kreditorların artan tələblərinə uyğun hərəkət etdiklərini əsas gətirərək qiymət artımına haqq qazandırmağa çalışırlar. Amma bir çox ekspertlər bu iddianı əsassız hesab edir. Ukraynalı mütəxəssis Valentin Zemlenskiy qiymət artımının Beynəlxalq Valyuta Fondu ilə əlaqələndirilməsini doğru hesab etmir. Ona görə, “tariflərin şişirdilməsi hesabına firmalar gəlir əldə etməyə çalışırlar”. Bu arada qeyd edək ki, son dövrlər Avropa mediasında Ukraynadakı islahatlar barədə də yazılara tez-tez rast gəlinir. Qitə mediası hesab edir ki, Ukrayna hakimiyyəti islahatların həyata keçirilməməsinə bəhanə kimi ölkənin şərqindəki münaqişəni göstərir. Media Kiyev hakimiyyətini münaqişəni qəsdən uzatmaqda ittiham edir. Ukraynada nəşr edilən "Podrobnosti" nəşrinin əməkdaşı Sofiya Qordienkanın uzun müşahidələrdən sonra gəldiyi qənaət belədir ki, “artıq Ukraynada baş verənlər Avropanın gündəmində deyil”. O iddia edir ki, son dövrlər Avropa siyasəti də Avropa mətbuatı kimi susur. Xanım jurnalist qeyd edir ki, Ukraynanın baş nazirinin "Le Mond" nəşrinə verdiyi müsahibədə “siyasi iradənin olmaması islahatların həyata keçirilməsinə mane olur” deməsi qəribə səslənir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info