“Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə şübhə etmirəm”
Tarix: 19.05.2015 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


“Bundan sonra bu yarışa ev sahibliyi edəcək şəhərlər üçün
təşkilatçılığın səviyyəsində Bakıya çatmaq asan olmayacaq”

Litva Olimpiya Komitəsinin prezidenti, stend atıcılığı üzrə Olimpiya və ikiqat Avropa çempionu, qitə və dünya çempionatlarının mükafatçısı Dayna Qudzineviçyute “apasport.az” saytına müsahibəsində bildirib ki, digər qitələr çoxdan belə Oyunlara malik idi: “Əlbəttə, Avropada belə oyunlar çatışmırdı. Təbii ki, biz bu cür kompleks yarışların keçirilməsinə çox sevinirik və dəstəkləyirik.
Olimpiya komitələrinin belə bir qərar verməsinə şadıq. Bakı da belə qısa müddətdə yarışı qəbul etməyə hazır olduğunu üzərinə götürdü. Azərbaycan təşkilatçılığı öz üzərinə götürüb, belə qısa zamanda hazırlaşa bilib. Ölkənizin Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə şübhə etmirik. Bundan sonra bu yarışa ev sahibliyi edəcək şəhərlər üçün təşkilatçılığın səviyyəsində Bakıya çatmaq asan olmayacaq”. Litva Olimpiya Komitəsinin prezidenti qeyd edib ki, ilk dəfə bir neçə il əvvəl Bakıda olub: “Bakının gözəlliyi məni çox heyran etdi. Həmin vaxtadək paytaxtınızda olmasam da, Bakı mənə heç də yad şəhər deyil. Çünki sizin Olimpiya çempionunuz Zemfira Meftahətdinova çox yaxın rəfiqəmdi. Bu səbəbdən çox sevindim. Yaxşı hava, yaxşı şəhər, yaxşı insanlar, yaxşı yarış olacaq. Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə şübhə etmirəm”. O, qeyd edib ki, ölkəsi yarışda 72 idmançı ilə təmsil olunacaq: “Biz daha çox idman növünün olduğu Olimpiya Oyunlarına da təxminən bu sayda gedirik. Təbii ki, biz idmançıların sayının daha çox olması üçün çalışırıq. Amma bizim üçün 72 nəfərin olması da pis deyil. Medalların olacağına inanırıq. Amma planımızda neçə medal olmasını, eyni zamanda favoritlərimizin adlarını deməyəcəm. Çünki bu idmançılar üçün əlavə gərginlik, əlavə stressdir. Bu üzdən heç vaxt idmançının adını çəkmirəm. Lakin favoritlərimiz var və onların medal qazanacaqlarına əminəm. Biz - rəhbərlik, dəstək qrupu, idman mütəxəssisləri və əsas yığma Avropa Oyunlarının açılışından 1 gün öncə Bakıya gələcəyik”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info