Əmək qanunvericiliyinin pozulması hallarında azalma var
Tarix: 19.05.2015 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən təsirli nəzarət tədbirləri əmək qanunvericiliyinin pozulması hallarının azalması ilə müşahidə olunur. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari ilin aprel ayında Xidmətin həyata keçirdiyi dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 1631 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz azdır. Aparılan təhlillər nəticəsində belə halların əsasən özəl sektora aid müəssisələrdə, tikinti, ticarət və ictimai iaşə, topdansatış sektorlarında baş verdiyi müəyyən olunub. Əmək qanunvericiliyinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Həmin cərimələrin 65,9 faizi (261 066 manat) dövlət büdcəsinə ödənilib ki, bu da 2014-cü ilin aprel ayına dair müvafiq göstərici ilə müqayisədə 32,5 faiz çoxdur.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info