İsmayıllıda e-Learning və e-Research modelinin öyrənilməsi üzrə maarifləndirmə təşkil edilib
Tarix: 19.05.2015 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “e-Learning və e-Research modelinin öyrənilməsi üzrə maarifləndirmə təlimlərinin təşkili” layihəsi çərçivəsində 13-15 may 2015-ci il tarixlərində İsmayıllı rayonunda orta məktəbin yuxarı sinif şagirdləri və müəllimlər üçün maarifləndirmə təlimləri keçirmişdir.
Layihənin kordinatoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədindən söhbət açdı. O, məruzəsi zamanı bildirdi ki, təlimlərdə müəllimlər, tələbələr, 10-11-ci sinif şagirdləri inkişaf etmiş dünya ölkələrində tətbiq olunan e-research və e-learning modeli və bu modelin metod və üsulları, həyata keçirilmə vasitələri, uğurlu praktikalar, e-Learningin üstünlükləri, e-Learning, e-Research mərkəzləri, eyni zamanda e-Learning və e-Research-in effektif tətbiq edilməsində İKT platformaları - kompüter proqramları haqqında bilik və informasiyalara yiyələnəcək və nəticədə ümumilikdə rayonda 90 nəfər təlim iştirakçısı gələcəkdə e-təhsil və e-araşdırmanı yayacaq təbliğatçılar olaraq hazırlanacaq və beləliklə bu sahədə yeni bir təcrübənin əsası qoyulacaq.
Layihənin korodinatoru həmçinin bildirdi ki, İsmayıllı rayonunda keçirilən bu təlimin əsas hədəflərindən biri də təbliğat şəbəkəsinin qurulması, maarifçilik fəaliyyətinin genişləndirilməsi, şagird və müəllimlər üçün e-learning və e-research modelinin vacibliyini təlim iştirakçılarına çatdırmaqdan ibarətdir. Müasir dünyada insan kapitalının inkişafı məsələsi artıq böyük bir aktuallıq kəsb edir və bu məsələ ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə dəstəklənir. Azərbaycan Prezidenti elm və təhsillə bağlı öz çıxışlarının birində bildirmişdir: «Hər bir ölkənin normal inkişafı üçün ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq". İstedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması məsələsi Azərbaycan Respublikası Prezidentinin sərəncamlarında xüsusi yer tutur.
Layihənin eksperti fəlsəfə doktoru Ruslan Rəhimli təlim çərçivəsində iştirakçılara ə e-Learning və e-Research metodlarının müasir dünyanın istifadə etdiyi innovativ vasitə olması və Azərbaycan təhsil müəssisələri, Tədqiqat İnstitutları üçün vacibliyini nəzərə alaraq bu modellərin üstünlükləri və səmərəliliyi, həyata keçirilmə vasitələri, üsulları, dünya ölkələrindəki uğurlu praktikalar, Avropanın inkişaf etmiş e-Learning, e-Research mərkəzləri haqqında iştirakçılara ətraflı bilik və informasiyalar verdi. Bundan başqa, tədbir müddətində e-Learning və e-Research modelinin ölkə üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyi, təhsil sisteminə tətbiqi yolları, iqtisadi səmərəliliyi mövzusuna toxunuldu.
Təlim qarşılıqlı diskussiyalar şəraitində həyata keçirildi, iştirakçıların sualları cavablandırıldı, təkliflər qeydə alınıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info