Birinci Avropa Oyunları Argentina mətbuatında
Tarix: 19.05.2015 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Argentinanın turizm, idman, mədəniyyət üzrə ixtisaslaşmış “Host News Traveller”, “Daily Web”, “Pulso Turistico”, “Norte en Linea” xəbər portallarında, habelə “Telam” milli xəbərlər agentliyinin və “Clarin” qəzetinin müvafiq olaraq idman və turizm bölmələrində “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı məqalələr yayılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məqalələrdə birinci Avropa Oyunları, bu Oyunlar çərçivəsində keçiriləcək idman yarışları barədə məlumat verilir. Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün Bakıda yaradılmış müasir infrastrukturdan və idman komplekslərindən söhbət açılır.
Diqqətə çatdırılır ki, dünyanın sürətlə inkişaf edən ölkələrindən olan Azərbaycanda turizm sənayesi və nəqliyyat infrastrukturunun inkişafına böyük sərmayələr yatırılıb. Hazırda ölkədə dünyanın bir çox məşhur brend otelləri, çoxlu sayda turizm kompleksləri, istirahət, mədəniyyət, ticarət və əyləncə mərkəzləri, həmçinin Qafqazın ən böyük hava limanı olan Heydər Əliyev Hava Limanı da daxil olmaqla 5 beynəlxalq aeroport fəaliyyət göstərir. Yaradılmış bu infrastrukturun Azərbaycanda keçirilməsi nəzərdə tutulan Formula-1 üzrə Avropa Qran-pri yarışları (2016-cı il), Şahmat Olimpiadası (2016-cı il), İslam Həmrəylik Oyunları (2017-ci il), Futbol üzrə Avropa Çempionatının dörd oyunu (2020-ci il) və digər əhəmiyyətli tədbirlərə də xidmət edəcəyi bildirilir.
Yazılarda Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadəyə istinadən qeyd olunur ki, son illərdə Azərbaycan beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi edir ki, bu da ölkənin hərtərəfli inkişafının göstəricisidir. “Hamını Avropanın sülh, dostluq və idman bayramı olacaq “Bakı-2015” ilk Avropa Oyunlarına tamaşa etmək üçün Azərbaycana dəvət edirik. Bu, həmçinin Şərqin Avropa cazibəsi olan, Avropa ilə Asiyanı qovuşduran, qədimliklə müasirliyi birləşdirən ölkəmizi daha yaxından tanımaq üçün gözəl bir fürsət olacaq”, - deyə səfir vurğulayır.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info