“Hazar World” jurnalının may nömrəsində birinci Avropa Oyunlarından bəhs olunur
Tarix: 19.05.2015 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Mərkəzi İstanbulda yerləşən Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) Türkiyədə türk, ingilis və rus dillərində nəşr etdirdiyi və Xəzər regionu üçün əhəmiyyətli mövzuları, məlumatları oxucuların diqqətinə çatdıran “Hazar World” jurnalının may nömrəsində iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs olunur.
Jurnalda dərc edilən “Bakı-ilk Avropa Oyunlarına geriyə sayım başladı” sərlövhəli məqalədə bu mötəbər idman yarışı barədə geniş məlumat verilir. Bildirilir ki, Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi ilə başlayan qitə miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmə ənənəsi bu il ilk dəfə keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları ilə davam edir. Məlumat verilir ki, mart və aprel aylarında keçirilən hazırlıq yarışları ilə Oyunların təşkil ediləcəyi idman obyektlərinin hamısı hazır vəziyyətə gətirilib. İyunun 12-də başlayacaq və 17 gün davam edəcək “Bakı-2015”də 50 Avropa ölkəsindən 6 mindən artıq idmançı ümumilikdə 20 idman növü üzrə yarışacaq.
Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun fikirlərinə də yer verilir: “Bakı-2015” birinci Avropa Oyunları qitə miqyaslı idman yarışı olmasına baxmayaraq, biz bu Oyunları beynəlxalq səviyyədə təşkil etməliyik və buna hazırıq”.
Yazıda qeyd edilir ki, birinci Avropa Oyunları Azərbaycanın nəinki qitədə, o cümlədən bütün dünyada tanıdılması üçün olduqca əhəmiyyətlidir. Oyunların televiziya ilə dünya miqyasında yayımlanması ilə yanaşı, minlərlə əcnəbinin Bakıya tamaşaçı olaraq getməsi də Azərbaycanın tanıdılmasına öz töhfəsini verəcək.
Məqalədə Avropa Oyunlarının 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Romada təşkil edilən Baş Assambleyasında ilk dəfə Bakıda keçirilməsi haqqında qərarının qəbul olunduğu barədə məlumat verilir. Həmçinin “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi rəmzləri - ceyran və nar haqqında da söhbət açılır.
10 min nüsxə tirajla nəşr olunan “Hazar World” jurnalının Azərbaycana 1000-dən çox nüsxəsi göndərilir.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib
19.07.2019
Jurnalistlər üçün Apifioterapiya mərkəzində pulsuz müayinə
19.07.2019
Azərbaycanda yeni internet televiziya yaradılıb
18.07.2019
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18.07.2019
Nihat Xəlilzadənin Bakıda koreyasevərlərlə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info