Bakıda nazirlər toplantısı keçirilib
Tarix: 19.05.2015 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlər toplantısı keçirilib.
Toplantıda müxtəlif ölkələrdən nazirlər və dövlət qurumlarının təmsilçiləri iştirak edib.
Toplantıda 2015-ci ildən sonra dünyanın inkişaf proqramında mədəniyyət və davamlı inkişaf məsələləri müzakirə edilib.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilk öncə Forumun əhəmiyyətindən danışıb. O qeyd edib ki, Forum dünya mədəniyyətləri arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm rol oynayır: "3 il öncə biz mühüm bir hərəkatın əsasını qoymuşuq və bu proses Bakı prosesidir. Biz üzərimizə xüsusi bir məsuliyyət götürdük, insanları bir araya gətirmək onları bir-birini anlamağa, mədəniyyətlərinə hörmət etmələrinə töhfə verməkdir".
Nazir həmçinin dünyada turizmin inkişafından danışıb və bunun mədəniyyətlər arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri Forumun əhəmiyyətini qeyd edərək bildirib ki, mədəniyyət inkişafa töhfə verən önəmli bir amildir.
O qeyd edib ki, mədəniyyətin inkişafı həmçinin iqtisadiyyatın inkişafı deməkdir: "Mədəniyyətə qoyulan investisiyaya öklələrin inkişafına xidmət edir. Turizm sektorunun inkişafı mədəniyyətlərarası əlaqələri gücləndirir. Ötən illər ərzində dünyada səyahət edən insanların sayının artması mədəniyyətə də öz təsirini göstərir. Bir il ərzində dünyada bir milyarddan artıq insan səyahət edir".
Sonra çıxış edənlər Forumu təşkil etdiyinə görə, Azərbaycana təşəkkürlərini bildirib və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində təklif və fikirlərini səsləndiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Sabah bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə yüksələcək
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!
20.07.2019
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info