Birinci Avropa Oyunları maliyyə stabilliyinə müsbət təsir göstərəcək
Tarix: 19.05.2015 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi milli valyutaya tələbin artması baxımdan müsbət hadisə olduğunu söyləyən iqtisadçı alim Vüqar Bayramov bildirib ki, sözügedən oyunların Azərbaycanda keçirilməsi manata tələbin artmasına eləcə də xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq: “İlk Avropa Oyunları zamanı ölkəmizə bütövlükdə 100 mindən artıq əcnəbinin gələcəyi gözlənilir. Beynəlxalq standartlara görə, hər bir turistin Azərbaycanda olduğu hər həftədə 1000 dollar xərclədiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən müddətdə orta hesabla ölkənin valyuta bazarına 200 milyon dollar əlavə vəsait daxil olacaq. İqtisadçı alimin sözlərinə görə, ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Aprelin ayının ikinci yarısından başlayaraq xarici valyutalara tələbin azaldığını nəzərə aldıqda Mərkəzi Bank iyun üçün pronoqzlaşdırılan intervensiya xərclərinin bir hissəsinin turistlərin xərcləmələri hesabına qapaya bilər. Qlobal və regional iqtisadiyyatda baş verənlər fonunda xarici valyuta təklfinin artmasl olduqca vacibdir. Artıq Bakıda turistlərin sayında artımlar müşahidə edilməkdir. Bizim apardığımız monitorinqlər göstərir ki, manata tələbatın artması və valyuta dəyişmə məntəqələrində daha çox dollar və avro təklif edilməsi müşahidə edilməkdədir. Bu isə Mərkəzi Bankı intervensiya xərcinin azaldılması baxımından əhəmiyyətlidir. Nəticədə, dövlət rezervlərinin milli valyutaının stabilliyini qorumaq üçün xərclənməsi səviyyəsi azalacaq. Bu isə dövlət ehtiyatlarının artmasına zəmin yaradacaq”.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
“Formula-1” Azərbaycan Qran-prisi telekommunikasiya xidmətləri ilə tam təchiz edilib
23.04.2019
Builki yarış “Formula 1 SOCAR Azərbaycan Qran-Prisi-2019” adı altında keçiriləcək
23.04.2019
İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info