Rusiyadan Ukraynanın Avropa İttifaqı ilə əməkdaşlığına “yaşıl işıq”
Tarix: 19.05.2015 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Moskva Ukrayna bazarına çıxaracağı məhsullar üçün Avropa İttifaqı tərəfindən problem yaradılmasından ehtiyatlanır
Ukraynada 2013-cü ildə maydan hadisələrinin baş verməsinin əsas səbəbi olan Avropa İttifaqı ilə assosiativ əməkdaşlıq haqqında sazişlə bağlı yeni siyasi vəziyyət yaranıb. Belə ki, Rusiya Ukraynanın Avropa İttifaqı ilə saziş imzalanmasını bloklamayacaq. Brüsseldə Rusiya, Ukrayna və Avropa İttifaqı rəsmilərinin iştirak etdiyi görüşdə bununla bağlı razılıq əldə edilib.
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyakayev Ukrayna ilə Avropa İttifaqı arasında imzalanacaq sazişin iqtisadi hissəsinin qüvvəyə minməsinə mane olmayacaqlarını və bu istiqamətdə danışıqlarda iştirak etməyə hazır olduqlarını deyib. Bu haqda “Kommersant” nəşri məlumat yayıb. Tərəflər belə razılıq əldə ediblər ki, 2016-cı ilin yanvar ayından qüvvəyə minməsi nəzərdə tutulan həmin sənədlə bağlı ekspert komissiyası yaradılsın. Bu komissiya problemli məsələlərin həlli ilə məşğul olacaq. Burada gömrük, texniki məsələlər, o cümlədən fitosanitar qaydalar diqqət mərkəzində olacaq. Avropa İttifaqı Ukrayna bazarı üçün yeni standartlar tətbiq etməyi nəzərdə tutur ki, bu da Rusiya üçün ən həssas məsələlərdən biridir. Belə ki, Moskva Ukrayna bazarına çıxaracağı məhsullar üçün Avropa İttifaqı tərəfindən problem yaradılmasından ehtiyatlanır. Brüsseldə əldə olunan ümumi razılığa əsasən, Ukrayna ilə Avropa İttifaqı arasında azad ticarət zonasının yaradılması ilə bağlı saziş 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minəcək. Ukraynanın xarici işlər naziri Pavel Klimkin bütün tərəflərin, o cümlədən Rusiyanın bu məsələyə razılıq verdiyini təsdiqləyib. Qeyd edək ki, 2014-cü ilin sentyabr ayında Ukrayna, Rusiya və Avropa İttifaqı arasında sazişin həyata keçməsinin təxirə salınması ilə bağlı razılıq əldə edilmişdi. Rusiya tərəfi xəbərdarlıq etmişdi ki, tərəflər arasında fikir ayrılığı davam edəcəyi təqdirdə Ukrayna MDB ölkələri ilə güzəştli gömrük ticarətindən məhrum olacaq. Rusiyanın Avropa İttifaqı yanında təmsilçisi Vladimir Çijov bildirib ki, Brüssel bu məsələdə Moskvanın narahatlığını nəzərə alıb. Ukrayna məsələsində güzəştə getmək görüntüsü yaradan Kreml eyni mənzərəni Ermənistana münasibətdə ortaya qoymayıb. Strateji Modelləşmə Mərkəzinin rəhbəri Qriqoriy Trofimçuk bildirib ki, Moskva Ermənistana Avropa İttifaqı ilə yeni saziş imzalanmaması üçün ciddi şəkildə təzyiqlər edir: “Ermənistanın xarici siyasət məsələləri ilə bağlı qərarlar Moskvada qəbul olunur və bunu artıq Avropada da bilirlər”. Xatırladaq ki, Latviya Xarici İşlər Nazirliyinin “Şərq Tərəfdaşlığı” üzrə nümayəndəsi Yuris Poykans bildirib ki, Avropa İttifaqı ilə Rusiyanın qonşularının gələcəyi ilə bağlı yanaşması fərqlidir. Poykans bildirib ki, mayın 21-22 tarixlərində Riqada keçiriləcək sammitdə Avropa İttifaqı ilə Ermənistan arasında yeni sazişin imzalanması ilə bağlı danışıqlar aparılacaq. Trofimçuk hesab edir ki, Avropa İttifaqı Ermənistan və Belarusdan vaz keçməyə hazırdır. Amma bunun üçün Kremlin Moldova, Gürcüstan və Ukraynanın ittifaqla əməkdaşlığına mane olmamasını istəyir: “Rəsmi İrəvan danışıqlarda heç bir hüququ olmayan obyekt kimi çıxış edir. Çünki İrəvan Moskvanın verəcəyi istənilən qərarı yerinə yetirməyə hazır vəziyyətdədir. Amma, buna baxmayaraq Moskva İrəvana inanmadığı üçün Ermənistana təzyiq edir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info