“Region ölkələri arasında Azərbaycan və Qazaxıstan böhrana daha çox hazırdır”
Tarix: 19.05.2015 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


“Region ölkələri arasında Azərbaycan və Qazaxıstan böhrana daha çox hazırdır”. "Kazinform" agentliyi xəbər verir ki, bunu Qazaxıstan Milli Bankının İdarə Heyətinin sədri Kayrat Kelimbetov deyib. Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan ehtiyat fondlarının yaradılması hesabına böhrana hazırlıqlı olub. “Bu günə olan məlumata görə, Milli Bankın və Milli Fondun qızıl ehtiyatları 100 milyard ABŞ dolları təşkil edir.
Bizim hesablarımıza görə, neftin bir barelinin qiyməti 55 dollardan yüksək olduğu təqdirdə, Milli Fondun ehtiyatlarından istifadə etməyəcəyik. Bu qiymətin mövcudluğu şəraitində kapital axını pozitiv olaraq qalacaq” - deyə o vurğulayıb. Bundan başqa, sədr əlavə edib ki, ilin sonuncu rübündən başlayaraq Rusiya iqtisadiyyatında bərpa prosesi başlayacaq. Bunun nəticəsində gələn il regionda iqtisadi artım bütövlükdə yüksələcək.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info