Azərbaycanla Çin arasında anlaşma memorandumu imzalanıb
Tarix: 20.05.2015 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Pekində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyası arasında qiymətli kağızlar və fyuçers bazarlarının tənzimlənməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Sənəd Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində imzalanıb. İmzalanma mərasimindən əvvəl Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasının sədri Siao Qan ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daim inkişaf etdiyi, maliyyə sektorunun əsas sahəsi olan qiymətli kağızlar sferasının qarşılıqlı əməkdaşlığa töhfə verdiyi diqqətə çatdırılıb. R.Aslanlı Azərbaycanda beynəlxalq standartlara uyğun, beynəlxalq kapital bazarlarına inteqrasiya olunmuş qiymətli kağızlar bazarının formalaşdığını və bu sahədə aparılan islahatlar sayəsində son illərdə uğurlu nəticələr əldə olunduğunu bildirib. Komitə sədri Çin ilə müvafiq sahədə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin, maliyyə bazarlarına səmərəli nəzarət sisteminin təşkili və bu bazarlara dair effektiv məlumat mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasının sədri Siao Qan ölkəsinin müvafiq sahədə təcrübəsi haqqında danışıb, əldə olunan nailiyyətləri qeyd edib. O, əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib. İmzalanmış memorandumun məqsədi kommunikasiya üçün imkanlar da daxil olmaqla əməkdaşlıq çərçivəsini, qarşılıqlı anlaşma, həmçinin tənzimləyici və texniki məlumat mübadiləsini gücləndirməklə investorların müdafiəsini və qiymətli kağızlar, fyuçers və digər müvafiq investisiya alətləri bazarlarının bütövlüyünü təşviq etməkdən ibarətdir. Səfər çərçivəsində Çinin aparıcı fond birjasının rəhbərliyi ilə görüş keçirilib və qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info