Makedoniyada etirazlar Qərb tərəfindən təşkil edilib
Tarix: 20.05.2015 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Qərb klassik üslubda hazırlanmış ssenari ilə Makedoniyada rejim
dəyişikliyi etmək istəyir”

“Makedoniyada dövlət əleyhinə vaş verən son hadisələr Qərbin bu ölkədə “Türk axını”na dəstək verən siyasətçilərə qarşı hesablanıb”. Bu fikirləri “Chronicles” nəşrinin baş redaktoru Srdja Trifkoviç “RT”yə verdiyi müsahibədə bildirib. Qeyd edək ki, bir müddət əvvəl Rusiya XİN başçısı Lavrov da baş verən hadisələri rəsmi Skopyenin Rusiyaya qarşı sanksiyalardan imtina etməsi və hökumətin “Türk axını” layihəsinə verdiyi dəstəklə də əlaqəli ola biləcəyini vurğulamışdı.
Srdja Trifkoviç qeyd edib ki, hər şey klassik üslubda hazırlanmış ssenari üzrə rejim dəyişikliyinə hesablanıb. Amma belə görünür ki, bu taktikanın Makedoniyada işləyəcəyi o qədər də inandırıcı görünmür. Belə ki, burada söhbət təkcə on minlərlə yox, sadəcə olaraq minlərlə etirazçılardan gedir. Ekspertin sözlərinə görə, Makedoniya sosialistlərinin rəhbəri Zoran Zaev baş nazir Nikola Qurevskinin "çamadanını toplayıb" ölkəni tərk edəcəyini gözləməsi üçün heç bir səbəb yoxdur: “Əksinə, Zaevin özü hazırda Qərbin təzyiqi altındadır. Hakimiyyətin iddia edilən qanunsuz hərəkətləri barədə müxalifətə ötürülən məlumatlar müxalifət liderinin manevr imkanlarına ciddi məhdudiyyətlər yaradır. Ona görə də mən belə düşünmürəm ki, bütün bunlar sabah və ya prezidentin növbəti istefasından sonra başa çatacaq”. Trifkoviç əminliklə iddia edir ki, Vaşinqton və Brüssel böhranın nəbzini tutmağa çalışıblar. Makedoniya hökumətinin “Türk axını” qaz kəmərinə verdiyi dəstək Qərbi bu dövlətin daxili işinə müdaxilə etməyə geosiyasi əsas yaradıb. Xatırlamaq yerinə düşər ki, bir müddət əvvəl Bolqarıstan da bu arzudan yararlanmaq istəyirdi.

Srdja Trifkoviç: “Türk axını” layihəsinə dəstək verən makedoniyalı baş nazir birdən-birə Qərb tərəfindən “korrupsiyalaşmış millətçi” kimi qələmə verildi”

Lakin ABŞ və Avropa Birliyi tərəfindən göstərilən təzyiqlə əlaqədar bu ölkə Rusiyanın layihəsinə “yox” deməyə məcbur oldu. Trifkoviçə görə, bu layihəyə dəstək verən makedoniyalı baş nazir Nikola Qurevski birdən-birə Qərb tərəfindən “korrupsiyalaşmış millətçi” kimi qələmə verildi. Baş nazirin sanksiyalara etirazı və “Türk axını”na dəstəyindən dərhal sona Qərbin hədəfinə çevrilməsi təsadüfi deyil: “Biz etirazçı kütləyə Avropa Birliyinin Skopyedəki səfirinin qatılması ilə aksiyanın necə vüsət aldığının şahidi olduq. Aydındır ki, ölkədəki rejim dəyişikliyinə çağırış Brüssel və Vaşinqtondan gəlir. Düşünürəm ki, biz ABŞ və müttəfiqlərinin Rusiya ilə uzunmüddətli geosiyasi mübarizəsində növbəti epizodlarının şahidi olacağıq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info