“1in”: “Ermənistandan Avrasiya Birliyi ölkələrinə ixrac kəskin azalıb”
Tarix: 20.05.2015 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


“2015-ci ilin birinci rübündə Ermənistanın
ixracatı, ötən ilin müvafiq dövrü ilə müqayisədə, 23 faizə qədər, idxal isə 30,5 faiz azalıb”

Ermənistanda iqtisadi çöküş kəskin həddə çatıb. Bu deqradasiya prosesi, ölkə Avrasiya İqtisadi Birliyinə daxil olduqdan sonra daha da sürətlənib. Bu isə özünü Ermənistanın digər ölkələrlə ticarət dövriyyəsində, ölkənin idxal və ixracatında kəskin şəkildə göstərməyə başlayıb.
Ermənistanın “1in” saytı yazır ki, Ermənistandan Avrasiya Birliyi ölkələrinə ixrac kəskin azalıb: “İlk növbədə, Ermənistanın bu qurumdakı əsas tərəfdaşı Rusiya ilə ticarətin həcmi kəskin şəkildə aşağı düşüb. Artıq 4 aydan çoxdur, Ermənistan Avrasiya Birliyinin üzvüdür, amma üzvlüyün mənfi təsirləri bu birlikdə artıq özünü göstərir - artıq ticarətin həcmi azalıb.
2015-ci ilin birinci rübündə Ermənistanın ixracatı, ötən ilin müvafiq dövrü ilə müqayisədə, 23 faizə qədər azalıb. İdxal isə 30,5 faiz azalıb. Demək olar ki, bu il Ermənistan Rusiyaya, Belarusa heç nə ixrac etməyib. Qazaxıstana isə ixrac, ümumiyyətlə, dayandırılıb. Bu ilin birinci rübündə Ermənistanla ticarət həcmi ən çox azalan ölkələr isə Qazaxıstan, Rusiya, Belarus, Serbiya, Ukrayna, İran, Belçika, Çexiya, Litva, Fransa, Bolqarıstandır”.

Erməni mətbuatının yaydığı məlumata görə, “Nairit” zavodunun əməkdaşları yenidən Prezident administrasiyasının qabağına toplaşıblar və əməkhaqlarını aylardan bəri ala bilməmələri ilə bağlı etiraz aksiyası keçiriblər. Bu isə özlüyündə çox şey deyir: Neçə vaxtdır, bir zavodun fəhlələrinin pulunu verə bilməyən dövlət hansı inkişafdan danışa bilər?

Yazıda daha sonra qeyd edilir ki, ötən ilin yanvar-mart aylarında Ermənistandan Rusiyaya 65,3 milyon dollar, bu ilin müvafiq aylarında isə cəmisi 1,4 milyon dollar dəyərində mal ixrac olunub: “Buradan isə açıq görünür ki, azalma 98 faizə yaxın təşkil edir. Ermənistandan İran və Ukraynaya ixrac 70 faizə qədər azalıb. Həmçinin Belçika, Çexiya, Litva, Fransa və Bolqarıstana erməni mallarının ixracı 30-50 faiz azalıb.
Bu ölkələrin, demək olar ki, hamısına Ermənistandan ixracatın azalması, həm də onlardan idxalın azalması müşayiət edilib. Əgər erməni mallarının Rusiya və Belarusa ixracının azalmasını həmin ölkələrdəki iqtisadi böhranla əlaqələndirmək olarsa, Qazaxıstana bunu aid etmək olmaz. Çünki Qazaxıstanda bu böhran müşahidə edilmir.
Bundan başqa, Ermənistan bu ildən başlayaraq, tədricən Avropa Bilriyindən idxal olunan mallara olan gömrük rüsumunu artırmağa başlayıb, öz növbəsində, bu ölkələr də Ermənistanla ticarət şərtlərini sərtləşdirirlər”.
O da bildirilir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə görə, bu ölkənin iqtisadiyyatı, təkcə Avrasiya İqtisadi Birliyi ilə ticarət anlaşması olmayan ölkələrlə əlaqələrin azalmasından zərər çəkmir, həmçinin İran, Tailand, ABŞ, BƏƏ kimi ölkələrlə də ticarət dövriyyəsi kəskin azalıb.
Yeri gəlmişkən qeyd edək ki, ölkədəki iqtisad gərginlik durmadan artır. Nəticədə artıq Ermənistan hakimiyyəti əməkhaqlarını ödəyə bilmir. Erməni mətbuatının yaydığı məlumata görə, “Nairit” zavodunun əməkdaşları yenidən Prezident administrasiyasının qabağına toplaşıblar və əməkhaqlarını aylardan bəri ala bilməmələri ilə bağlı etiraz aksiyası keçiriblər. Bu isə özlüyündə çox şey deyir: Neçə vaxtdır, bir zavodun fəhlələrinin pulunu verə bilməyən dövlət hansı inkişafdan danışa bilər?
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info