“Azərbaycan İslam dünyasının tərəqqisinə mühüm töhfə verir”
Tarix: 20.05.2015 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, X.Xələfov İslam dünyası və mədəniyyətinin bir hissəsi olan Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərə böyük önəm verdiyini bildirib. O, Ermənistanın Azərbaycana qarşı təcavüzünün İƏT tərəfindən qəti şəkildə pislənməsinin və Azərbaycanın ədalətli mövqeyinin davamlı şəkildə dəstəklənməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. X.Xələfov geniş və həssas coğrafiyanı əhatə edən İslam dünyasında baş verən proseslər, çağırış və problemlərin müzakirəsi və həllində İƏT-in çox vacib platforma rolunu oynadığını vurğulayıb. Baş katib İyad bin Amin Mədəni Azərbaycana hər səfəri zamanı müşahidə etdiyi inkişafın onda xoş təəssüratlar yaratdığını deyib. O, inkişaf edən Azərbaycanın ümumilikdə İslam dünyasının tərəqqisinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. İƏT-ə üzv dövlətlərin əhatə etdiyi coğrafiya boyunca hazırkı problemli proseslərdən bəhs edən baş katib Küveytdə keçiriləcək İƏT xarici işlər nazirlərinin toplantısında bu məsələlərin əsas müzakirə mövzusu olacağını bildirib. Baş katib bu xüsusda Yəməndə cari vəziyyətin narahatlıq doğurduğunu və bu məsələnin İƏT Nazirlər Toplantısının növbədənkənar iclasında müzakirə ediləcəyini bildirib. Terrordan əziyyət çəkən bir ölkə kimi Azərbaycanın terrorçuluqla mübarizə sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini deyən X.Xələfov bu mübarizədə milli təşəbbüslərin beynəlxalq təşəbbüslərlə üst-üstə düşməsinin və beynəlxalq həmrəyliyin nümayiş etdirilməsinin zəruri olduğunu vurğulayıb. Görüşdə, həmçinin İƏT-in son fəaliyyət istiqamətləri və Küveytdə keçiriləcək Nazirlər Toplantısının gündəliyi barədə fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info