Forum çərçivəsində seminar keçirilib
Tarix: 20.05.2015 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Kalin Rus: “Şagirdlər, tələbələr fəal
vətəndaşlara çevrilməlidirlər və bu işdə əsas məsuliyyət təhsilin üzərinə düşür”

Dünən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Avropa Şurasının təşkilatçılığı ilə “Demokratik mədəniyyət səriştə modeli” mövzusunda seminar keçirilib. Avropa Şurasının təhsil siyasəti şöbəsinin nümayəndəsi Kristofer Reynolds seminarda çıxış edərək bildirib ki, təşkilata üzv ölkələrin dövlət başçılarının 2005-ci ildə keçirilən üçüncü zirvə toplantısında demokratik mədəniyyət modelinin təsis edilməsi ilə bağlı razılıq əldə edilib. Bunun əsasında demokratik mədəniyyət layihəsi yaradılıb. Demokratik vətəndaşlıq, insan hüquqları və mədəniyyətlərarası dialoq məsələləri bu layihədə yer alıb. 2008-ci ildə “Bərabər ləyaqətlə birlikdə yaşamalı” adlı sənəd qəbul edilib. Məqsəd mədəniyyətlərarası səriştəni öyrənmək və öyrətmək, mədəniyyətlərarası dialoq üçün məkanlar yaratmaq və onu inkişaf etdirmək olub. Qeyd edilib ki, Avropa Şurası yaradıldığı gündən təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirib və bu istiqamətdə müxtəlif layihələr həyata keçirib. Vurğulanıb ki, mədəniyyətlərarası dialoq dillərlə çox sıx bağlıdır. Ona görə də Avropa dil portfelində mədəniyyətlərarası təcrübəyə əsaslanan xüsusi bölmə var. Bu bölmənin 2009-cu ildə genişləndirilməsinə qərar verilib. 2009-cu ildə mədəniyyətlərarası təmaslara dair sənəd qəbul olunub. Bu da insanların mədəniyyətlərarası təmaslar haqqında düşünmələrinə imkan yaradır. Timişoara Mədəniyyətlərarası İnstitutunun direktoru və əsas ekspert qrupunun üzvü Kalin Rus“Demokratik mədəniyyət səriştə modeli” haqqında geniş məlumat verib. O deyib ki, Avropa Şurası ayrı-ayrı ölkələrdə bu istiqamətdə layihələrin həyata keçirilməsində daha fəal ola bilər. Bir sıra ölkələrin təhsil nazirliklərinin sorğusu əsasında mədəniyyətlərarası dialoq, insan hüquqları, təhsil, demokratik vətəndaşlıq və s. mövzularda təlimlər keçirilib. Bu təlimlərin çox böyük əhəmiyyəti olub. Təhsil fərdləri inkişaf etdirmək və onları yetkin həyata hazırlamaqdan başqa digər vəzifələr də daşıyır. Şagirdlər, tələbələr fəal vətəndaşlara çevrilməlidirlər və bu işdə əsas məsuliyyət təhsilin üzərinə düşür. Mədəni müxtəlifliklə seçilən demokratik cəmiyyətlərdə vətəndaşların fəal iştirakı üçün imkan yaradılmalıdır. Bu, Avropa Şurasının dəyərlərinə tam şəkildə uyğundur. Biz haqqında danışdığımız layihədə bunu çox aydın şəkildə ortaya qoyuruq. Diqqətə çatdırılıb ki, demokratik cəmiyyətlərdə demokratik mədəniyyət olmalıdır. Qanunun aliliyi, insan hüquqlarına hörmət, bir-birini dinləmək qabiliyyəti, əməkdaşlıq mədəniyyəti, münaqişələrin dinc yolla həll edilməsi, azlıqların hüquqlarının qorunması, müxtəlif mədəni qrupların ictimai həyatda fəal iştirakı - bütün bunlar demokratik mədəniyyətin tərkib hissəsidir. Seminarda mədəniyyətlərarası səriştələrin mövcud konseptual modelləri və sxemləri təhlil edilib, geniş fikir mübadiləsi aparılıb.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info