“Velosiped yürüşü Xorvatiyanın Avropa Oyunlarına verdiyi yüksək dəyərin göstəricisidir”
Tarix: 20.05.2015 | Saat: 01:51:00 | E-mail | Çapa göndər


“Dubrovnikdən Bakıya yürüş “Pedalinac” velosiped klubunun birinci Avropa Oyunlarına töhfəsidir”. “Pedalinac” velosiped klubu üzvlərinin bu fikri “Bakı-2015” birinci Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində Dubrovnik şəhərindən yola çıxaraq İstanbula çatan Xorvatiyanın “Pedalinac” velosiped klubunun üzvlərindən olan yürüş iştirakçısı Mladen Qaçeşa deyib.
İdmançı diqqətə çatdırıb ki, Bakıya təşkil olunan yürüş Xorvatiyanın “Bakı-2015” birinci Avropa Oyunlarına verdiyi yüksək dəyərin göstəricisidir: “Bu yürüş, həmçinin Azərbaycan və Xorvatiya xalqlarının dostluğunu tərənnüm edir. Azərbaycanın və Xorvatiyanın dövlət bayraqlarını dalğalandıraraq ərazilərindən keçdiyimiz Albaniya, Makedoniya, Yunanıstan və Türkiyə ictimaiyyətinin “Bakı-2015” birinci Avropa Oyunlarına böyük maraq göstərdiklərinin şahidi olduq”. O bildirib ki, “Pedalinac” klubu 2008-ci il Olimpiadası ərəfəsində Zaqreb-Pekin marşrutu üzrə 12 min kilometr uzunluğunda dörd aylıq veloyürüş təşkil etmişdi. Klub “London-2012” və “Soçi-2014” Olimpiya Oyunlarından əvvəl Xorvatiyadan həmin şəhərlərə də velosiped yürüşləri həyata keçirib.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info