“Avropa Oyunları Azərbaycanın dünyada tanıdılması üçün olduqca əhəmiyyətlidir”
Tarix: 20.05.2015 | Saat: 01:57:00 | E-mail | Çapa göndər


Mərkəzi İstanbulda yerləşən Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) Türkiyədə türk, ingilis və rus dillərində nəşr etdirdiyi və Xəzər regionu üçün əhəmiyyətli mövzuları, məlumatları oxucuların diqqətinə çatdıran “Hazar World” jurnalının may nömrəsində iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs olunur.
Jurnalda dərc edilən “Bakı-ilk Avropa Oyunlarına geriyə sayım başladı” sərlövhəli məqalədə bu mötəbər idman yarışı barədə geniş məlumat verilir. Bildirilir ki, Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi ilə başlayan qitə miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmə ənənəsi bu il ilk dəfə keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları ilə davam edir. Məlumat verilir ki, mart və aprel aylarında keçirilən hazırlıq yarışları ilə Oyunların təşkil ediləcəyi idman obyektlərinin hamısı hazır vəziyyətə gətirilib. İyunun 12-də başlayacaq və 17 gün davam edəcək “Bakı-2015”də 50 Avropa ölkəsindən 6 mindən artıq idmançı ümumilikdə 20 idman növü üzrə yarışacaq. Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun fikirlərinə də yer verilir: “Bakı-2015” birinci Avropa Oyunları qitə miqyaslı idman yarışı olmasına baxmayaraq, biz bu Oyunları beynəlxalq səviyyədə təşkil etməliyik və buna hazırıq”. Yazıda qeyd edilir ki, birinci Avropa Oyunları Azərbaycanın nəinki qitədə, o cümlədən bütün dünyada tanıdılması üçün olduqca əhəmiyyətlidir. Oyunların televiziya ilə dünya miqyasında yayımlanması ilə yanaşı, minlərlə əcnəbinin Bakıya tamaşaçı olaraq getməsi də Azərbaycanın tanıdılmasına öz töhfəsini verəcək. Məqalədə Avropa Oyunlarının 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Romada təşkil edilən Baş Assambleyasında ilk dəfə Bakıda keçirilməsi haqqında qərarının qəbul olunduğu barədə məlumat verilir. Həmçinin “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi rəmzləri - ceyran və nar haqqında da söhbət açılır. 10 min nüsxə tirajla nəşr olunan “Hazar World” jurnalının Azərbaycana 1000-dən çox nüsxəsi göndərilir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info