Diplomatımızdan erməni təxribatına tutarlı cavab
Tarix: 20.05.2015 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


"Nyu-York Tayms" qəzetində Azərbaycan diplomatının erməni təxribatına cavabı dərc edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, "Nyu-York Tayms" qəzetinin səyahətlər bölməsində bir neçə həftə öncə yerləşdirilmiş “A Warm Welcome in the Caucasus Mountains” adlı Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış separatçı qondarma qurumu təbliğ etməyə cəhd edən məqaləyə Azərbaycan Respublikasının Vaşınqtondakı Səfirliyinin müşaviri Məmməd Talıbovun cavabı dərc olunub.
“Displacement in Azerbaijan” başlığı altında çap olunan cavabda (http://www.nytimes.com/2015/05/17/travel/letters-to-the-travel-editor.html?_r=0 ) yuxarıda qeyd olunan parçada müəllifin Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı və bunun nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşının doğma evlərindən didərgin düşmələri barədə məlumatın oxucuların diqqətinə çatdırmadığı bildirilir. Qeyd olunur ki, müəllif oxuculara işğal olunmuş bu ərazilərə səfər etməklə Azərbaycan qanunvericiliyini pozmuş olacaqları və ölkəmizə gələcəkdə səfər etmək imkanından məhrum ediləcəkləri barədə heç bir məlumat vermir, həmçinin o, bir çox ölkələrin rəsmi qurumları, o cümlədən ABŞ Dövlət Departamenti tərəfindən bu ərazilərə qeyri-qanuni səfərlərə qadağa qoyulduğu barədə susur.
Bildirilir ki, Azərbaycan bütün məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasına və gələcəkdə turistlərin Azərbaycanın bu gözəl guşəsinə səfər etmələrinin mümkün olması üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti davam edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info