Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Latviya Prezidenti ilə görüşüb
Tarix: 20.05.2015 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti öncəsi Latviya Prezidenti Andris Berzinş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Avropanın bir neçə ölkəsinin keçmiş rəhbərini qəbul edib. Görüşdə Avropa Birliyi ilə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələr arasında əməkdaşlıq imkanları, bu istiqamətdə atılacaq olan konkret addımlar müzakirə edilib.
Müzakirələr zamanı Latviyanın sabiq Prezidenti Valdis Zatlers “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrə dəstək göstəriləcəyini vurğulayıb. O bildirib ki, Latviya Avropa Birliyi Şurasına sədrliyi dönəmində “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrlə münasibətlərin genişləndirilməsinə öz töhfələrini verdi və bu proses gələcəkdə də davam edəcək: “Bu ölkələrin əksəriyyəti bizim qonşularımızdır, ancaq 50 illik ortaq tarixi bağlar bizə imkan verir ki, Avropa Birliyi ilə şərq qonşularımız arasında daha sıx əlaqələr quraq”. Görüş iştirakçıları sonuncu Şərq Tərəfdaşlığı Sammitindən keçən müddət ərzində bu sahədə problemlərin yaranması ilə razılaşıblar. Latviya Prezidenti bu məsələnin hər bir ölkənin fərdi öhdəlikləri və apardığı iqtisadi islahatlarla yanaşı, eyni zamanda əməkdaşlıq etmək istəyindən də asılı olduğunu vurğulayıb. Andris Berzinş bəyan edib ki, Latviya hər zaman bu istiqamətdə sabiq dövlət və hökumət başçılarının təcrübəsi, eləcə də uzun illər ərzində qazandığı biliklərin istifadə edilməsində maraqlı olub və olacaq. Latviya Prezidenti Andris Berzinşlə görüşdə bu ölkənin sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, həmçinin Mərkəzin üzvləri, eks-prezidentlər – Valdis Zatlers (Latviya), Boris Tadiç (Serbiya), Emil Konstantinesku (Rumıniya), Danilo Turk (Sloveniya), Petar Stoyanov (Bolqarıstan), Recep Meydani (Albaniya), Viktor Yuşşenko (Ukrayna) iştirak edib. Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bosniya və Hersoqovinanın keçmiş Baş naziri Zlatko Laqumciya da Andris Berzinşlə görüşə qatılanlar arasında olub.
Qeyd edək ki, sabiq liderlər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Avropa Birliyi və Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Riqaya toplaşıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info