Gədəbəy I Avropa Oyunlarının məşəl estafetini qəbul edib
Tarix: 20.05.2015 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı dağlar diyarı Gədəbəy olub.
Mayın 19-da rayonda əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Heydər Əliyev parkının qarşısında minlərlə gədəbəyli toplaşıb. Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli rayon idmançısı Nurlan Məmmədov qəbul etdikdən sonra 10 idmançı 4 kilometr məsafədə yürüş edib. Heydər Əliyev prospekti, Akademik Zərifə Əliyeva və 20 Yanvar küçələrindən keçərək Heydər Əliyev parkına gələn məşəlçilər alqışlarla qarşılanıb. Sonuncu yürüşçü, şahmat üzrə məşqçi Murğuz Süleymanov səhnəyə qalxaraq, məşəli alovlandırıb. Avropa Oyunlarının çırağını 1 saylı şəhər orta məktəbinin XI sinif şagirdi Fidan Əsədullayeva ictimaiyyətə təqdim edib. Sonra çıraq ilk Avropa Oyunları başa çatanadək saxlanılması üçün mərkəzi mədəniyyət evinə təhvil verilib.
Mərasimdə aprelin 26-da Atəşgah məbədində Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş olunub.
Məşəl estafetini izləyən rayon sakinlərindən biri, Arıxdam kənd orta məktəbinin müəllimi Tünzalə Məmmədova deyib: “İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə böyük nüfuzunun olmasından xəbər verir. Cəmi 24 illik müstəqilliyi olan bir dövlətdə belə bir möhtəşəm tədbirin keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan uğurlu yoldadır və onun işıqlı gələcəyi var. Bu gələcəyin təməli isə müstəqil Azərbaycanın memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirərək, ölkəmizi yeni-yeni uğurlara qovuşdurur”.
Məşəl yürüşü mərasiminin sevincini yaşayan Gədəbəy şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Qabil Allahverdiyev sevincini belə ifadə edib: “Bu gün gədəbəylilər özlərinin ən sevincli günlərini yaşayırlar. Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ancaq xəyal ola bilərdi. Bu xəyalı Prezident İlham Əliyev gerçəkləşdirdi. Bütün Avropa ölkələrinin idmançıları, eləcə də idmansevərləri iyunun 12-də Azərbaycana gəlməklə həm Oyunları izləyəcək, həm də ölkəmizin gözəllikləri, maddi-mədəni abidələri ilə yaxından tanış olacaqlar”.
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyan rayon təhsil şöbəsinin müdiri Baxış Nağıyev isə deyib: “Avropa Oyunları Azərbaycan dövlətinin qüdrətini bir daha dünyaya bəyan etdi. Belə bir möhtəşəm tədbirin keçirilməsi onu deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən biri olacaq. Dövlətimizin başçısının bu istiqamətdəki yorulmaz fəaliyyəti göz qabağındadır. İnanıram ki, idmançılarımız da bizi qələbələri ilə sevindirəcəklər”.
Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info