Xınalıq birinci Avropa Oyunlarında ölkəmizə gələcək turistlərin yolunu gözləyir
Tarix: 20.05.2015 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Xınalıq kəndinə adi vaxtlarda da xeyli sayda turist gəldiyindən yerli sakinlərimiz bir növ buna adət edib. Burada əcnəbilərə hər gün rast gəlmək olar. Amma birinci Avropa Oyunları ilə əlaqədar yaşayış məntəqəsinə daha çox xarici vətəndaşın gələcəyini nəzərə alıb lazımi şəxslərlə söhbətlər aparmışıq. Qonaqların qarşılanmasında, yerləşdirilməsində iştirak edənlər təlimatlandırılıb. Bir sözlə, xınalıqlılar birinci Avropa Oyunlarında ölkəmizə gələcək turistləri qarşılamağa tam hazırdır və onların yolunu gözləyirlər.
Bu sözləri müsahibəsində dünyanın ən yüksək yaşayış məntəqələrindən biri sayılan, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Quba rayonunun Xınalıq kəndinin icra nümayəndəsi Füzuli Şərifov söyləyib. O qeyd edib ki, Xınalıqda cığırları, tarix və təbiət abidələrini tanıyan, nəqliyyat xidməti təklif edən bələdçilər var. Bu bələdçilər turistlərə Xınalıqdan Şahdağ yaylağına, Qusar rayonun Laza kəndinə, ətrafdakı dağlara və yaylaqlara səyahət etməkdə kömək edirlər.
Füzuli Şərifov bildirib ki, turistlər Xınalıq Tarix-Etnoqrafiya Muzeyində qədim arxeoloji və etnoqrafik eksponatlarla - kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələrlə tanış ola bilərlər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info