Şəki Kolmar şəhəri ilə qardaşlaşıb
Tarix: 20.05.2015 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Şəki şəhəri ilə Fransanın Kolmar şəhəri arasında dostluq və əməkdaşlıq Xartiyası imzalanıb.
Bu qardaşlaşmanı rəsmiləşdirmək üçün Kolmar şəhərinin meri Jilber Meyerin rəhbərlik etdiyi nümayəndə heyəti Şəkidə olub. Xartiyanı Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Kolmar şəhərinin meri Jilber Meyer imzalayıblar.
Qardaşlaşmış şəhərlərin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə təqdimatda diqqətə çatdırılıb ki, Şəki ilə Kolmar şəhərləri arasında əlaqələrin təməli 2013-cü ilin iyununda qoyulub. Həmin dövrdə Kolmar şəhər merinin başçılıq etdiyi nümayəndə heyəti Şəkiyə səfər edib, şəhərlə yaxından tanış olublar. Səfərin nəticəsi olaraq bu şəhərlər arasında əlaqələrin daha da genişləndirilməsi qərara alınıb.
Səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən mer Jilber Meyer Şəki ilə Kolmar şəhərləri arasında bir çox oxşar cəhətlərin olduğunu diqqətə çatdırıb. Şəkini Qafqazın mirvarisinə bənzədən qonaq şəhərlər arasında dostluq Xartiyasının imzalanmasından böyük qürur hissi keçirdiyini vurğulayıb. Mer bildirib ki, indiyədək Kolmar 7 şəhərlə bu cür sənəd imzalayıb.
İmzalanma mərasimi başa çatdıqdan sonra hər iki şəhərin rəhbərliyi adından qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info