Avropa Oyunları Azərbaycanın uzaq prespektivə hesablanmış nailiyyətlərinin əsası olacaq
Tarix: 20.05.2015 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ölkəmizin və ümumilikdə Cənubi Qafqazın mədəni həyatında olduqca əlamətdar bir hadisədir. Bu hadisə Azərbaycanın uzaq prespektivə hesablanmış bir çox tarixi nailiyyətlərinin əsasını qoyacaq. Heç şübhə yoxdur ki, dövlət bu oyunları təşkil edərkən biznes maraqları güdmədi və bununla da, sanki şahmat taxtası arxasında Avropaya özünəməxsus gedişlərini diqtə etdi.
Bu, birinci növbədə Azərbaycana qarşı yönəldilən qarayaxma kampaniyalarında “oyunlara qoyulan vəsaitin səmərəsiz olacağı barədə” iddiaları puça çıxardı. Dövlətə vətəndaş cəmiyyətinin dəstəyi ona qarşı yönələn hücumları zəiflətdi. Bununla da sübut olundu ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ideyasının dəstəklənməsində xalq dövlətlə yekdildir. Dövlət bu oyunların keçirilməsində özünün biznes maraqlarını deyil, ölkənin perspektiv inkişafı üçün hazırkı şəraitin gələcəkdə genişləndirilməsi ideyasını üstün tutdu. Çünki ərazisinin 20%-i işğal altında olan ölkənin gələcək inkişafı üçün daha geniş və etibarlı dəstəyə ehtiyacı var. Odur ki, bu oyunlara qoyulan vəsait nəzərdə tutulduğundan bir neçə dəfə çox olsaydı belə, Azərbaycana ziyan gətirməyəcəkdi.
Bir çox ekspertlərə görə, Oyunlar nəticəsində Azərbaycan özünü dünyaya daim inkişafda olan stabil bir ölkə kimi tanıdacaq, bu isə ölkəyə investisiyaların cəlb edilməsində mühüm amildir.
Azərbaycana gələn hər bir turist biləcək ki, bir çox dünya dövlətlərindən fərqli olaraq, Azərbaycan tolerant bir ölkədir, burada milli, irqi, dini ayrı-seçkilik baş vermir. Bu amil Azərbaycana qarşı yönəlmiş erməni təbliğatını çox ciddi şəkildə iflasa uğradacaq.
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir. Bu hadisəyə görə Azərbaycanın adı əbədi olaraq dünyada təbəssümlə xatırlanacaq. Bu xatırlanma ölkənin müsbət imicinin genişlənməsinə səıbəb olacaq və ölkəyə gələnlərin sayı çoxalacaq. Bu isə Azərbycanda turizm sektorunun genişlənməsinə və inkişafına səbəb olacaq.
Avropa Oyunlarından sonra idman qurğuları və idman tikintiləri əhalinin sağlamlığı üçün müxtəlif tədbirlərdə istifadə olunacaq və ya idman oyunları üçün istifadə ediləcək.

Faiq İsmayılov
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təçkilatı
İctimai birliyinin sədri







 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu
15.06.2019
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info