“Sürücülər xüsusi texnikanın rahat hərəkət etməsinə şərait yaratmalıdır”
Tarix: 20.05.2015 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


I Avropa Oyunları ilə əlaqədar Bakı şəhərinin bəzi yollarındakı çəkilən xüsusi nəqliyyat zolaqlarının bir qismindən beynəlxalq yarış başa çatandan sonra ictimai nəqliyyatın işində istifadə olunması nəzərdə tutulur.
Bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
İctimai nəqliyyatdan gündəlik orta hesabla 1,5 mln. vətəndaşın istifadə etdiyini deyən nazir müavini ictimai nəqliyyatın hərəkətində I Avropa Oyunları üçün ayrılmış zolaqlardan istifadənin xüsusi əhəmiyyəti olduğunu deyib: “Avropa Oyunları üçün xüsusi nəqliyyat zolaqlarının bir hissəsini ictimai nəqliyyat üçün saxlayacağıq. Bu zolaqlardan bəzilərinin istiqamətini dəyişə bilərik. Çünki, bu zolaqlar üzrə Avropa Oyunları zamanı dayanacaqdan istifadə etməyən avtobuslar hərəkət edəcək. Ona görə bu zolaqlar yolun orta oxuna yaxın yerləşdirilib. Dayanacaqlara yaxın hərəkət edən avtobuslar üçün zolaqlar sağ oxa doğru dəyişdiriləcək”.
Nazir müavini yanğınsöndürən, təcili tibbi yardım və digər xüsusi nəqliyyat vasitələrinin hərəkəti üçün ayrıca zolağın salınması məsələsinə də münasibət bildirib: “Nəqliyyat vasitəsinin sahibləri, sürücülər xüsusi texnikanın rahat hərəkət etməsinə şərait yaratmalıdır. Xarici ölkələrdə sürücülər belə nəqliyyat vasitələrinə şərait yaradır. Amma bizdə geniş yolda da xüsusi nəqliyyat vasitələri ilişib qalır. Xüsusi texnikanın hərəkəti üçün bu zolaqlardan da istifadə edə bilərik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info