Azərbaycan Fransaya nota verdi
Tarix: 20.05.2015 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin 17-19 may 2015-ci il tarixində Fransaya səfəri ilə əlaqədar Fransanın Azərbaycandakı səfiri Paskal Mönye mayın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Xələf Xələfov tərəfindən Fransa səfirinə etiraz notası təqdim edilib.
X. Xələfov tərəfindən bu kimi faktların, eləcə də Fransa Milli Məclisinin deputatlarının bu ilin 3 may tarixində qondarma rejimin “parlamenti”nə keçirilmiş “seçkilər”də “müşahidəçi” kimi iştirakının Azərbaycan ilə Fransa arasında inkişaf etməkdə olan dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna, eləcə də Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi mandatına uyğun gəlmədiyi və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xələl gətirdiyi qeyd olunub.
İkili standartların təzahürü kimi qiymətləndirilən bu kimi halların Azərbaycan ilə Fransa arasındakı münasibətlərin mövcud vəziyyətinə də mənfi təsir etdiyi diqqətə çatdırılıb.
Səfir P. Mönye təqdim olunan notanın və Azərbaycanın ciddi narahatlığının ölkəsinə çatdırılacağını bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır
15.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15.06.2019
XİN: Ermənistan rəhbərliyi mövqeyindəki qeyri-müəyyənliyə son qoymalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info