Bir-neçə küçədə təmir-tikinti işləri yaxın günlərdə yekunlaşacaq
Tarix: 20.05.2015 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə təmir-tikinti işləri davam etdirilir. Artıq bir-neçə küçədə aparılan yenidənqurma işləri yaxın günlərdə yekunlaşacaq.
Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Ə.Haqverdiyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yol boyu 3 min paqon-metr səki daşı düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri yerlərdə yağış-kanalizasiya sistemi qurulub. Ümumilikdə 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənəcək. Yolun uzunluğu 1700 metr, eni isə 16-21 metr arası dəyişir.
Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də aparılan əsaslı təmir-tikinti işləri yekunlaşmaq üzrədir. Bəxtiyar Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinədək olan yolda 1 min kvadrat metrlik hissədə əsaslı, 2 min kvadrat metrlik sahədə isə orta təmir işləri aparılır. Küçə boyu 600 paqon-metr səki daşı qoyulacaq. Sözügedən yolun uzunluğu 300 metr, eni isə 10 metrdir. Artıq küçənin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Mətbuat prospekti ilə kəsişməsinədək olan 520 metrlik hissəsi əsaslı təmir olunaraq sürücülərin ixtiyarına verilib. Bəxtiyar Vahabzadə küçəsində işlər tam bitdikdən sonra küçə ilə kəsişən Əhməd Cəmil küçəsinin də yenidən qurulmasına başlanılacaq.
Bu gündən etibarən Eldar Babayev küşəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Hüseyin Seyidzadə küçəsinin kəsişməsinədək olan hissəsində təmir-tikinti işlərinə başlanılıb, Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektini birləşdirən 4 hərəkət zolaqlı Ələsgər Qayıbov küçəsində isə yenidən qurma işləri davam etdirilir.
Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Biləcəri qəsəbəsində bir müddətdir aparılan təmir işləri artıq yekunlaşıb. Ümumi uzunluğu 4 kilometr olan Natavan, Ordubadi, Ə.Qasımov və Y.Hüseynov küçələrində təqribən 56 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib, 420 paqon-metr beton səki daşları düzülüb. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plətələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səth sularının normal kənarlaşdırılması üçün zəruri yerlərdə yağış-kanalizasiya sistemi qurulub.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info