Vitali Portnikov: ”Avrasiya İqtisadi Birliyinə qoşulan bir ölkə Avropa Birliyi barədə unutmalıdır“
Tarix: 20.05.2015 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


“Bütün bəyanatlara baxmayaraq, təsdiq edirəm ki, Avrasiya iqtisadi birliyində üzvlük və Şərq tərəfdaşlığı bölgəsində siyasi fəaliyyət bir-birinə uyuşmur”. Bunu “168 Jam” qəzetinə müsahibəsində tanınmış ukraynalı analitik və publisist Vitali Portnikov, Ermənistan-Avropa Birliyi münasibətləri və assosiasiya sazişi ilə bağlı Riqada keçiriləcək Şərq tərəfdaşlığı sammiti çərçivəsində müzakirə məsələsinə mövqe bildirərkən deyib.
Onun sözlərinə görə, yüksək çinli Ermənistan məmurları, o cümlədən Ermənistan prezidenti xalqını aldadır: “Əgər onlar Avropa Birliyinə inteqrasiya və assosiasiya ilə bağlı Ermənistanın hansısa səviyyələrdə imkanlara malik olduğunu deyirlərsə, xalqı aldadırlar”. Portnikovun fikrincə, bu, mümkün deyil və Ermənistanda hazırda belə imkanlar yoxdur: “Artıq Avrasiya İqtisadi Birliyinə qoşulan ölkələr yalnız müəyyən məhdud qaydalar çərçivəsində digər ölkələr və birliklərlə əməkdaşlıq edə bilərlər. Bu isə qətiyyən uyuşmayan iki inteqrasiya prosesindən xəbər verir. Bir sözlə, Avrasiya iqtisadi birliyinə qoşulan bir ölkə, bu strukturu tərk etməyincə, Avropa Birliyi barədə unutmalıdır. Mən hesab edirəm ki, artıq Ermənistan prezidenti öz seçimini edib – o, Rusiya ilə iqtisadi inteqrasiyaya bağlıdır. Əgər Ermənistan hakimiyyətində həmin Avrasiya iqtisadi birliyindən çıxmaqla bağlı yeni bir qərar olmasa, Ermənistanın Avropa Birliyi ilə heç bir siyasi, iqtisadi inteqrasiyası baş verməyəcək”. Portnikov bildirib ki, hazırkı halda, hətta, Ermənistanla müəyyən razılaşmanın imzalanması nəticəsində də Avropaya inteqrasiya ilə bağlı hər hansı islahatlar baş verən deyil: “Çünki Ermənistan tamamilə başqa dəyərlərin daşıyıcısı olan Avrasiya iqtisadi birliyinə qoşulub”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info