“Epress.am”: “Ermənistanda polislər müttəhimdən ifadə almaq üçün onun barmaqlarını yandırıblar”
Tarix: 20.05.2015 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Bu cür faktları Ermənistan mediası və ekspertləri dəfələrlə qabardır, amma bu faktlar Qərb təşkilatlarının insan haqları ilə bağlı hesabatlarına salınmır

Narkotik vasitələrin saxlanılmasında və ötürülməsində ittiham olunan Ovanes Çolaxyan özünə bəraət istəyir. Onun vəkili Seyran Əzizyan “Epress.am”a qeyd edib ki, Apelyasiya məhkəməsi, onların şikayətini rədd edib və hazırda şikayət Kassasiya məhkəməsindədir.
“Epress.am” bu barədə yazır ki, işin materialına görə, Çolaxyan narkotik vasitəni “Razdan” islah müəssisəsində divardan atmaqla ötürübmüş. Onu həbsxana yaxınlığında – Sevan şossesində saxlayıblar. Amma o bildirir ki, belə bir cinayəti törətməyib, sadəcə, təbii ehtiyacını ödəmək üçün müəssisənin yaxınlığında park edib. Vəkilin sözlərinə görə, “Razdan”da saxlanılan və narkotiki qəbul edən məhkum, Çolaxyanı tanımayıb. Əzizyan bildirib ki, Çolaxyanı yanvarın 4-də tutublar, əsas olmadığı üçün 5 gün sonra buraxıblar: “5 ay keçəndən sonra mənim müdafiə etdiyim şəxsi digər bir iş çərçivəsində ittiham edirlər”.
Mayın 19-da Çolaxyanın anası Ermənistan prezidenti administrasiyası qarşısında etiraz aksiyası keçirib. O deyib ki, oğlunun əvəzinə özünün öldürülməsinə, diri-diri basdırılmasına razıdır: “Polislər hər şey ediblər ki, Çolaxyan günahı boynuna götürsün. Hətta onun barmaqlarını sobada yandırıblar”. O, “Epress.am”ın müxbirinə oğlunun yanmış əllərinin şəkillərini göstərib. Onun sözlərinə görə, hətta, bundan sonra da oğlu cinayəti öz üzərinə götürməyib.
Göründüyü kimi, Ermənistan mediası demək olar ki, hər gün ölkədə insan haqlarının kobud şəkildə tapdanması ilə bağlı ciddi faktlarla çıxış edir. Demək olar ki, hər gün həm media, həm də ekspertlər vasitəsilə etiraf edirlər ki, ölkələrində bu cür ciddi və kütləvi zorakılıq halları var. Amma Qərb təşkilatları bunları görmək istəmirlər. Heç bir əsas Qərb mediası qurumları və insan haqları təşkilatları bu məsələyə diqqət yetirmir və ya Ermənistandakı zorakılıq, insan haqlarının tapdanması faktlarını görməzdən gəlir. Bu cür faktları Ermənistan mediası dəfələrlə yazır, Ermənistan hüquq təşkilatları bu barədə bar-bar bağırır, bu barədə bütün dünya bilir, amma bu faktlar həmin Qərb təşkilatlarının insan haqları ilə bağlı hesabatlarına salınmır. Buradan isə həmin Qərb təşklatlarının “insan haqları alverində” ikiüzlü olduqları və sırf başqa niyyət güddükləri, ona görə də ikili standartlarla hərəkət etdikləri bir daha üzə çıxmış olur. Əgər oxşar proseslər Azərbaycanda baş versəydi, həmin riyakar xarici “insan haqları qurumları” car çəkib haray salardılar və bunu çox şişirdilmiş bir formada, “Azərbaycanda insan haqlarının pozulduğu” kimi təqdim edərdilər, hesabatlara salardılar. Bu kimi faktlar həmin xarici qurumların nəyə xidmət etdiklərini və əslində insan haqları məsələsində necə destruktiv rol oynadıqlarını hər dəfə çılpaqlığı ilə sübut edir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info