“Bizim birliyimiz ukraynalıları ruhlandırır”
Tarix: 20.05.2015 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Nicat Mirzəyev: “Bizim məktəbin sayəsində bir çox insanlar Azərbaycan folklorunun gözəlliyini tanıyırlar”
Milli -mənəvi dəyərlərimizin təbliği xaricdəki gənclərimizin də prioritetidir. Ukraynadakı Qafqaz Rəqsləri məktəbi və həmçinin “Qafqaz” ansamblı Azərbaycan gəncləri tərəfindən bu missiyanı yerinə yetirmək üçün yaradılıb. Bütün bu işlərə Ukraynadakı aktiv gəncimiz Nicat Mirzəyev rəhbərlik edir. Qeyd edək ki, N.Mirzəyev eyni zamanda “Mir molodyoji” ictimai təşkilatının prezidentidir.

-Milli folklor dərnəyini təşkil etmək ideyası ağlınıza haradan gəldi?
-Uşaqlıqda biz də bütün uşaqlar kimi müxtəlif dərnəklərə gedir və rəqs edirdik. Mən həmişə rəqs etməyi sevirdim, lakin əsas məqam 11 il əvvəl oldu.
Ən əvvəl, bir çox rəqqaslar kimi mən də özüm, sağlamlığım üçün öyrənirdim. Mənim müəllimlərim Suxişvili, Erisioni kimi məşhur balet truppalarının iştirakçıları olublar, hansılar ki, o vaxtlar bizim “Vətən” Kiyev baletinin tərkibində rəqs edirdilər. Onun rəhbəri mənim yaxın dostum, baletmeyster Bəxtiyar Ağayarovdur.
Bir çox illər rəqs etdikdən sonra mən, qardaş və dostların ad günlərində, toylarında rəqs edirdim. Bir çoxları mənim belə rəqs etdiyimi görəndə yaxınlaşar, fərəhlə soruşurdular: “Belə rəqs etməyi harada öyrənmisiniz? Bizi də öyrədin”. Beləliklə, məndə bu fikir oyandı. Milli rəqslər məktəbinin təşkili və mənim müxtəlif millətlərdən dostlarımın çox olduğu üçün belə qərara gəldim ki, mənim gələcək məktəbimdə Qafqazın bütün xalqlarının rəqsləri öyrənilsin.
Qafqaz Rəqsləri məktəbi formal olaraq 2006-cı ildən mövcuddur, rəsmi isə 2011-ci ildən fəaliyyət göstərir. Biz artıq 9 ildir ki, rəqs dərslərini lazımi səviyyədə keçirik və mən bununla fəxr edirəm ki, bu işin həyata keçirilməsi məhz mənə qismət olub.
- Qrupa yalnız azərbaycanlılar daxildir, yoxsa başqa millətlərin də nümayəndələri var?
- Bizim məktəb beynəlmiləldir. Əsas şagirdlər - ukraynalılardır, amma azərbaycanlılar, dağıstanlılar, çeçenlər, osetinlər, qaraçay-çərkəzlər, türkmənlər, yəhudilər və başqaları da var.
Ukraynada gürcü rəqsləri məşhur olduğu üçün biz onların bir çoxunu təbliğ edirik. Bizim repertuarda “Kartuli”, “Acar rəqsi”, “Kazbequri”, “Tuşuri", “Mtluri” və başqaları var.
Əsasən isə Azərbaycan rəqslərini ifa edirik - “Yallı”, “Naz eləmə”, “Uzundərə”, “Şaloxo”, “Nəlbəki” və s. təbliğ edirik. Eyni zamanda Şimali Qafqaz rəqslərini də ifa edirik -“Ləzginka” Qafqazın bu regionundan ən yayılmış rəqslərindəndir, lakin “Qaceqa”, “Xonqa”, “Kaft” və başqaları da var.
- Bizim gənclər Ukraynada nə dərəcədə həmrəydir?
- Allaha inam, Vətənə, ailəyə və yaxınlarımıza məhəbbət bizim qanımızdadır və buna görə də harada olsaq, biz həmişə birliyə can atırıq. Xaricdə isə çalışırıq ki, doğma vətənimizin heç olmasa bir hissəsini belə, yaradaq. Gənclərimiz həmrəydir və həmişə buna doğru irəliləyiş var. Şəxsi təkəbbürə və digər təşkilatlardakı üzvlüklərə baxmayaraq, biz lazımi məqamlarda istənilən zaman birləşirik. Belə ki, hamıya məlumdur ki, güc birlikdədir. Və bu birlik bizim dostlarımız - ukraynalıları ruhlandırır, onlar bizdən nədəsə ibrət götürürlər və yaxud biz onlardan. Baxmayaraq ki, biz öz qrupumuz arasında sıx təmasdayıq, eləcə də onlarla dostluq edirik. Bizim aramızda həmişə dostluq və qarşılıqlı anlaşma mövcuddur. Lakin bu proses mütəmadi olaraq zənginləşməli və möhkəmlənməlidir.
- Azərbaycan xalqının mədəniyyətinin tanınması üçün hansı təbliğat işləri aparılır?
-Bu işlərin aparılması üçün Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi çox işlər görüb. Eyni zamanda Hikmət Cavadovun başçılığı ilə Ukraynadakı Azərbaycan Birləşmiş Diaspor Cəmiyyəti də aktiv iş görür. Lakin gənc azərbaycanlıların birləşməsinin formalaşmasında bizim “Mir molodyoji” ictimai təşkilatının və onun çərçivəsində fəaliyyət göstərən 1 N-li Qafqaz Rəqsləri məktəbinin rolu heç də az deyil. Təşkilat müxtəlif mədəni tədbirlər, gənclər üçün forumlar, treninqlər, şənliklər keçirir və bir çox layihələrdə iştirak edir.
- Dövlət tədbirlərində çıxış edirsinizmi?
-Bəli, çox çıxışlarımız olur. İstənilən tədbirdə, haradakı Qafqaz rəqslərinin gözəlliyini göstərmək lazımdır, bizim ansambl “Qafqaz” - həmişə əziz qonaqlardan biri sayılır. Biz, Ukraynada Qafqaz folklorunun əsas təbliğatçılarından biriyik. Bu, yeganə məktəbdir ki, orada Qafqaz rəqslərinin bütün növlərini təbliğ edirik.
-Diaspor fəaliyyətinə belə qrupların nə kimi köməyi olur?
-Çox böyük! Niyə? Mədəniyyət və idman - əsas vasitədir ki, onların köməyi ilə xalqlar bir-birilərini tanımaq imkanı əldə edirlər və dostluq etməyə başlayırlar. Bizim məktəbin sayəsində bir çox insanlar bizim qonaqpərvərliyimizi, Azərbaycan folklorunun gözəlliyini, ümumilikdə Qafqaz rəqslərini tanıdılar və tanımaqda davam edirlər . Mədəni mübadilə vasitəsilə insanlar şox yaxın və mehriban olurlar.
Biz eyni zamanda qocalar evlərində və uşaq evlərində də xeyriyyə konsertləri təşkil edirik. Bizim rəqqaslar, diaspor nümayəndələri belə yerlərə baş çəkərkən öz səmimiyyətləri ilə bölüşərək, özlərini Ukraynada lazımlı və hörmətli bir insan kimi hiss edirlər. Və buna görə də mən belə hesab edirəm ki, bizim “Mir Molodyoji” təşkilatımız və Kiyevdəki Qafqaz Rəqsləri məktəbimiz cəmiyyətin inkişafında və müxtəlif şaxəli birləşmələrində əsas rollardan birini oynayır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info