“Ukrayna Avropa idmanının möhtəşəm tarixi hadisəsinin bir parçası olacaq”
Tarix: 20.05.2015 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Ukrayna Milli Olimpiya Komitəsi (MOK) Bakıda keçiriləcək Avropa Oyunlarına gələcək idmançıların sayını rəsmən açıqlayıb.
Qurumun İcraiyyə Komitəsinin iclası paytaxtımıza gələcək 243 nəfərlik siyahını təsdiqləyib. Ukraynalılar Avropa Oyunlarının proqramına daxil olan 20 idman növündə təmsil olunacaqlar. Yeganə istisna III divizion komandalarının mübarizə aparacağı atletikadı ki, burada da yalnız 1 dəst medal öz sahibini tapacaq. Ukrayna MOK-unun prezidenti Sergey Bubka Avropa Oyunlarını möhtəşəm yarış adlandıraraq, buradakı uğurun dəyərini vurğulayıb: “Çox xoşdur ki, Ukrayna Avropa idmanının möhtəşəm tarixi hadisəsinin bir parçası olacaq. İdmançılarımız idman tarixinin yeni səhifəsini yazacaqlar. Avropa Oyunlarında Ukraynanı çox güclü komanda təmsil edəcək. Say hesabı ilə təxminən Yay Olimpiya Oyunlarındakı heyətə bərabərdir. İdmançılarımızın ən yaxşı nəticələri göstərmək üçün var qüvvələrini sərf edəcəyinə əminəm. İnanıram ki, onların idman nailiyyətləri şərəfinə Bakıda dəfələrlə Ukrayna bayrağı qalxıb, himnimiz səslənəcək. Əldə olunan hər idman uğuru bütün ölkənin sevinib, fəxr etməsinə əsas verir. Biz komandamızın hər bir üzvünə inanırıq və birgə Ukrayna millisinə azarkeşlik edəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Gürsel Baran: “Azərbaycanda özümüzü evimizdəki kimi hiss etdik”
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info