Prosineçki “Beşiktaş“ın hədəfində
Tarix: 20.05.2015 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Bu mövsüm çempionluq şanslarını itirən "Beşiktaş" baş məşqçisi Slaven Biliçlə yolları ayırmağa hazırlaşır. Türkiyənin "Fanatik" qəzetinin yaydığı xəbərə görə, klub rəhbərliyi xorvatiyalı mütəxəssisin əvəzinə 5 namizəd müəyyənləşdirib.
Namizədlər arasında millimizin baş məşqçisi Robert Prosineçkinin də adı olduğu iddia edilib. O, Şenol Günəş, Mustafa Dənizli, Mirça Luçeskudan sonra 4-cü namizəd olaraq siyahıda yer alıb. "Beşiktaş" 2013-cü ildə Slaven Biliçlə anlaşmamışdan öncə də Prosineçki ilə danışıqlara başlamışdı. Ancaq həmin vaxt xorvatiyalı mütəxəssis “Kayserispor”da qalmağı üstün tutaraq “Beşiktaş”ın təklifini qəbul etməmişdi. Bu dəfə menecerlər vasitəsi ilə Prosineçki ilə danışığa başlayan İstanbul klubu digər namizədlərdən gələcək cavaba uyğun hərəkət edəcək. "Beşiktaş" yeni baş məşqçi vəzifəsinə sonuncu namizədin isə Braziliya millisinin sabiq çalışdırıcı Luis Felipe Skolari olduğu iddia edilir. Dünən işlədiyi "Qremio"da istefa verən portuqaliyalı mütəxəssis də "qara qartallar"ın yeni baş məşqçisi ola bilər. Lakin Robert Prosineçki bu xəbəri təkzib edib: “Nə “Beşiktaş”dan, nə də başqa bir komandadan təklif almışam. Bu xəbəri ilk dəfə indi eşidirəm. Qısaca onu deyə bilərəm ki, yalan məlumatdır. “Beşiktaş”dan mənimlə əlaqə saxlayan olmayıb. Mənim Azərbaycan yığması ilə müqaviləm var. Hazırda yalnız bu komandanın uğurları barədə düşünürəm”. Qeyd edək ki, ötən ildən millimizi çalışdıran Prosineçki məşqçilik karyerası ərzində “Srvena Zvezda” və “Kayserispor” klublarına da başçılıq edib. İlk iş yeri olan Xorvatiya millisində isə o, Slaven Biliçin köməkçisi funksiyasını yerinə yetirib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info