“Rusiya postsovet məkanında inhisarçılığa iddia etmir”
Tarix: 20.05.2015 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


“Biz qonşularımızın, keçmiş sovet respublikalarının, indiki suveren dövlətlərin çoxvektorlu xarici siyasət hüquqlarını tanıyırıq”
“Rusiya postsovet məkanında inhisarçılığa iddia etmir və öz qonşularının çoxvektorlu xarici siyasət hüququnu tanıyır”. Bu bəyanatla Federasiya Şurasında “hökumət saatı” çərçivəsində çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
“Bizim postsovet məkanında fəaliyyətlə bağlı inhisar hüququmuz yoxdur. Biz qonşularımızın, keçmiş sovet respublikalarının, indiki suveren dövlətlərin çoxvektorlu xarici siyasət hüquqlarını tanıyırıq”, - deyə o, Federasiya Şurasında çıxışında bildirib. Lavrov qeyd edib ki, Rusiya da çoxvektorlu xarici siyasət həyata keçirir: “Ona görə də biz, keçmiş sovet respublikalarının Avropa, Amerika və digər regionlardakı oyunçularla əlaqələrinə anlayışla yanaşırıq. Bircə onda təkid edirik ki, bu proseslər açıq olsun, heç bir gizli niyyətlər olmasın, Rusiya Federasiyasının qanuni milli maraqları nəzərə alınsın. Başqa sözlə, biz bütün bu prosesləri uyğunlaşdırmağa və maraqlar balansını axtarmağa hazırıq”. Lavrov bildirib ki, hazırda mətbuatda Rusiyaya qarşı "informasiya müharibəsi" gedir: "Bu yaxınlarda "amerikalılar informasiya müharibəsində Rusiyaya uduzur" bəhanəsi ilə ABŞ konqresində Avropa və Avrasiyada informasiya yayımına cavabdeh olan strukturların maliyyələşməsinin artırılması təşəbbüsü irəli sürülüb. Biz müharibələrlə maraqlanmırıq. Bu, “ruslar müharibə istəyirmi?” sualına cavabdır və bu cavab bütün müharibələrə, o cümlədən informasiya müharibəsinə aiddir". Sergey Lavrov qeyd edib ki, Rusiya Makedoniyada baş verən hadisələrin inkişafından narahatdır. O bildirib ki, Moskva bu ölkədə baş verən hadisələrin xaricdən idarə olunduğunu düşünür: “Bu, bizi çox narahat edir. Makedoniyadakı hadisələr kobudcasına xaricdən idarə olunur. Hökumət qabiliyyətsizlikdə, əhali qarşısında öhdəliklərini yerinə yetirməməkdə günahlandırılmağa cəhd edilir. Bütün bunların kökündə Makedoniya hökumətinin Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi dayanır. Bundan başqa, hökumətin vaxtilə “Cənub axını”nı dəstəkləməsi, indi isə Rusiya enerji daşıyıcılarının Avropaya nəqlini həyata keçiriləcək digər variantlar, o cümlədən “Türk axını” layihəsi çərçivəsində əməkdaşlıq etmək arzusunda olduğunu bildirməsi Makedoniyada baş verən hadisələrin səbəbidir"
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info