Ərdoğanın Adanada mitinq keçirməsinə icazə verilməyib
Tarix: 21.05.2015 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 29-da Adana şəhərinin baş meydanında mitinq keçirməsinə icazə verilməyib. Adana şəhərinin Seyhan rayonunun 1-ci seçki komissiyası Adana valiliyinin prezidentin mitinqi ilə bağlı rəsmi müraciətini rədd edib. Seçki komissiyası qərarını həmin gün Adanada Vətən Partiyasının (Doğu Pərinçək) seçkiqabağı mitinqinin keçiriləcəyi ilə izah edib. Adana böyükşəhər bələdiyyəsinin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan sədri Hüseyn Sözlü isə bildirib ki, Konstitusiyaya əsasən prezident tərəfsiz olmalıdır: “Seçki ərəfəsində hörmətli prezidentin Adanaya gəlib mitinq keçirməsi onun tərəfsizliyinə kölgə salar. Seçkidən sonra gəlsə, onu çox isti qarşılayarıq”. Qeyd edək ki, R. T. Ərdoğan iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində ölkənin müxtəlif yerlərində açılışlara qatılır və həmin açılışlar mitinqə çevrilir. Müxalifət prezidenti bitərəfliyini itirərək hakim partiyanın lehinə təbliğat aparmaqda ittiham edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info