Ukrayna iqtisadiyyatı çökür”
Tarix: 21.05.2015 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


“New York Times”: “Yaxın gələcəkdə ciddi dəyişiklik baş verməyəcəyi təqdirdə, Ukraynada iqtisadi və maliyyə dağıntısı baş
verəcək”

Ukraynada baş verənlər və ölkənin ağır iqtisadi vəziyyəti xarici KİV-lərin müzakirə obyektindən yan keçmir. Məsələn, “New York Times” iddia edir ki, Ukraynadakı hazırkı siyasi və iqtisadi vəziyyəti pessimist kimi qiymətləndirilməlidir.
Məqalədə qeyd edilir ki, Ukraynada bir müddət əvvəl islahatların həyata keçirilməsi ilə bağlı səsləndirilən nikbinlik tamamilə aradan qalxıb. Ölkədə liberal islahatların səmərəliliyi ilə bağlı gözləntilər, dərinləşməkdə olan iqtisadi böhranla əlaqədar daha da aşağı yuvarlannıb. “New York Times” Ukraynadakı iqtisadi fəlakətin başlıca günahkarı kimi Moskvanın adını qeyd edir. Həmin məqalədə qeyd edilir ki, ağır vəziyyətdə olan Ukrayna iqtisadiyyatı Qərbin maliyyə yardımına böyük ehtiyac duyur. Eyni zamanda vurğulanır ki, ABŞ və digər Qərb dövlətləri Ukraynaya maliyyə resursları versə belə, ağır vəziyyətdən çıxmaq çətin olacaq: “Verilən kifayət qədər böyük məbləğ Ukraynanı qaçılmaz problemlərdən zahirən xilas edə bilər, köhnə problemlərdən xilas olmaq mümkün olmayacaq. Buna baxmayaraq, Birləşmiş Ştatlar və onun qərbli müttəfiqləri zəruri imkanları olsa da, bu günə qədər siyasi iradə nümayiş etdirməyiblər. Ukraynada ehtiyaclar son bir ildə kəskin artsa da, Qərb vəd etdiyi maliyyə yardımını çox xəsisliklə verir. Belə davam edərsə, Kiyev hakimiyyəti dağılacaq. Kədərli həqiqət də bundan ibarətdir ki, Qərblə Rusiyanın siyasətində əhəmiyyətli dəyişikliklərin olmaması Ukrayna iqtisadiyyatının məhvinə yönəlib. Rusiya iqtisadiyyatı Ukraynadan fərqli olaraq üzləşdiyi problemlər qarşısında duruş gətirdiyi halda, Ukrayna iqtisadiyyatı çökür. Yaxın gələcəkdə ciddi dəyişiklik baş verməyəcəyi təqdirdə, Ukraynada iqtisadi və maliyyə dağıntısı baş verəcək. Bunun hansı siyasi nəticələrə gətirib çıxaracağı haqda dəqiq nə isə demək mümkün olmasa da, sosial və insani itkilərin böyük olacağını indidən demək olar”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib
19.04.2019
Notr-Dam kilsəsində alışmaya səbəb qısa qapanma olduğu ehtimal olunur
19.04.2019
Avropa Parlamentinin Çinə çağırışı
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info