“TANAP ilə “Türk axını” bir-birinə rəqib olmayan layihələrdir”
Tarix: 21.05.2015 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Türk axını” layihəsi Xəzər dənizinin təbii qaz ehtiyatlarının Trans-Anadolu qaz boru kəməri - TANAP ilə nəqlinə mane olmayacaq”.
Bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız jurnalistlərə müsahibəsində deyib. “Ötən günlərdə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin təsisçisi Riçard Morninqstar da “Türk axını”nın TANAP-a təsiri olmayacağını söylədi. Biz bunu əvvəlcədən demişdik. Qısa müddətdə bir-birinə rəqib kimi görünsələr də, TANAP ilə “Türk axını” orta və daha uzun müddətdə heç də rəqib olmayan layihələrdir” - deyə nazir qeyd edib. O bildirib ki, Türkiyə istər təbii qaza olan daxili tələbatını, istərsə də regionun və Avropa İttifaqı ölkələrinin ehtiyaclarının ödənilməsi ilə əlaqədar səylərini bundan sonra da davam etdirəcək. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin mərhələdə kəmərlə ildə 16 milyard kubmetr qaz nəql olunacaq. Sonradan bu rəqəm 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılacaq. “Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Layihə üzrə ilk təbii qaz nəqlinin 2016-ci ilin sonlarında həyata keçirilməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info