“ Türkdilli dövlətlərin vahid naviqasiya sistemi yaradıla bilər
Tarix: 21.05.2015 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın turizm assosiasiyaları arasında anlaşma memorandumu imzalanıb
Dünən Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin turizm nazirlərinin ikinci görüşü keçirilib. Tədbirdə TDƏŞ çərçivəsində əməkdaşlığın, bu quruma üzv ölkələr arasında turizm üzrə əlaqələrin genişləndirilməsi, türk dünyasının maddi və qeyri-maddi irsinin turizm vasitəsilə təbliği, dövlət və özəl sektor arasında birgə fəaliyyətin təşviqi məsələləri, nəzərdə tutulan layihələr və tədbirlər, həmçinin indiyədək əldə olunmuş nailiyyətlər müzakirə edilib.
Görüşdə TDƏŞ-in turizm üzrə işçi qrupunun beşinci iclasının yekunları barədə də fikir mübadiləsi aparılıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin sifarişi əsasında “Sinam” şirkəti tərəfindən hazırlanmış “GoMap.az” elektron naviqasiya sisteminə TDƏŞ-ə üzv ölkələrin qoşulması ilə bağlı təklif irəli sürüb. Nazir bildirib ki, naviqasiya sisteminin elektron xəritəsinə Azərbaycan ərazisində yerləşən 63000-dən çox obyekt (POI), 4530 yaşayış məntəqəsi, 3300 mədəni-tarixi abidə, 70 şəhər və yaşayış məntəqəsi üzrə ünvanlı məlumat, 670000 bina və tikililər, 43000 km yol (hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23770 km yaşıllıq sahələri, meşələr və digər məlumatlar daxil edilib. Elektron xəritədə bu məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilib. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış elektron xəritə istənilən tikili üzrə böyüdülə bilər. Elektron xəritə, həmçinin mövcud olan digər bu tip sistemlərə inteqrasiya edilib. Elektron xəritədə, həmçinin marşrutun çəkilməsi funksiyası var. Bu funksiya xüsusilə turistlər üçün çox faydalı ola bilər. Regionlara səyahət etmək istəyən hər bir turist “GoMap.az” vasitəsilə lazımi marşrutu çəkib, onu çap formasında özü ilə apara bilər. Naviqasiya sisteminin Gürcüstan və Türkiyənin də ərazilərini əhatə edir. Əbülfəs Qarayev bildirib ki, Qazaxıstan və Qırğızıstanın da bu sistemə qoşulması ilə türkdilli dövlətlərin vahid naviqasiya sistemini yaratmaq olar. Bunun üçün maliyyə vəsaitinin sərf olunması lazım deyil, ölkələrin məsul qurumlarının lazımi məlumatları toplayıb “Sinam” şirkətinə təqdim etməsi kifayətdir. Nazirin bu təklifi görüş iştirakçıları tərəfindən müsbət qarşılanıb. Mədəniyyət və turizm naziri “Bakı-2015” birinci Avropa Oyunları zamanı sistemə girişin tamamilə pulsuz olacağını bildirib. Tədbirdə TDƏŞ-ə üzv ölkələrin turizm sahəsində özəl sektor nümayəndələrinin rolunun artırılması və onlar arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın turizm assosiasiyaları arasında anlaşma memorandumu imzalanıb. Sonda qarşıdakı bir il ərzində TDƏŞ çərçivəsində görüləcək işləri nəzərdə tutan yekun protokol imzalanıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info