Qeyri-neft sektoru 7 faiz artıb
Tarix: 21.05.2015 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Milli Məclisin İqtisadi siyasət komitəsinin dünən keçirilən iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat, “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Maliyyə nazirinin müavini Azər Bayramov çıxış edərək deyib ki, məqsədyönlü iqtisadi siyasət nəticəsində 2014-cü ildə də makroiqtisadi sabitliyə, qeyri-neft sektorunun artım sürətinə nail olunub. Əhalinin yaşayış səviyyəsi və pul gəlirləri, ölkənin beynəlxalq aləmdə reytinqi artıb, Azərbaycanın regionda iqtisadi mövqeyi daha da möhkəmlənib. Bu nailiyyətlərin dünya iqtisadiyyatında mövcud olan qeyri-sabitlik şəraitində qazanılması onların əhəmiyyətini daha da artırır. 2014-cü ildə ölkəmizdə 59 milyard manat və yaxud əvvəlki illə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın qeyri-neft sektoru üzrə əlavə dəyər 7 faiz artaraq, ÜDM-də xüsusi çəkisi 61 faizədək yüksəlib. ÜDM-in 39 faizi neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9 faiz-bənd azdır. Ötən il əhalinin gəlirləri 2013-cü illə müqayisədə 4,8 faiz artaraq 39,4 milyard manata çatıb. Bildirilib ki, il ərzində ölkənin valyuta ehtiyatları 2014-cü ilin 31 dekabr vəziyyətinə 49,8 milyard ABŞ dolları təşkil edib ki, bu da xarici dövlət borcundan təqribən 6 dəfə çoxdur. 2014-cü ildə ölkə üzrə orta aylıq əməkhaqqı 444,3 manat təşkil etməklə, əvvəlki illə müqayisədə 4,5 faiz artıb. İclasda Hesablama Palatası büdcənin icrasına rəy verib. Palatanın sədri Vüqar Gülməmmədov vurğulayıb ki, ötən il dünya iqtisadiyyatında sistemli böhranın davam etdiyi bir şəraitdə Azərbaycan davamlı iqtisadi inkişaf tempini qoruyub saxlayıb. Ölkə üzrə ÜDM-in həcmi, xüsusilə qeyri-neft sektorunun ÜDM-də çəkisi artıb. Ölkə üzrə qeyri-neft sektorunda 7 faizlik illik real artım tempinə nail olunub. 2014-cü ildə istehlak qiymətlərinin indeksi (inflyasiya) 1,4 faiz olub. Bu da 2014-cü il üçün proqnozlaşdırılan göstəricidən demək olar ki, iki dəfə azdır. İclasda “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb. Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info