Azərbaycan gəmilərinin Polşaya yük və sərnişin daşıması intensivləşəcək
Tarix: 21.05.2015 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (ARDDA) ilə Polşa Respublikasının İnfrastruktur və İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatına dair saziş imzalanıb. ARDDA-nın mətbuat xidmətindən bildiriblər ki, Administrasiyanın rəisi Qüdrət Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Polşa Respublikasının Varşava şəhərində
səfərdə olub.

Səfər çərçivəsində dünən “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikası tərəfdən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Polşa Respublikası tərəfdən İnfrastruktur və inkişaf nazirinin müavini Dorota Piç imzalayıblar. Sazişin əsas məqsədi Azərbaycan Respublikasının ticarət gəmiçiliyi və dəniz nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən müəssisə və təşkilatları ilə Polşa Respublikasının müvafiq müəssisə və təşkilatları arasında əlaqələrin və əməkdaşlığın inkişafına stimul vermək, bu inkişafı sürətləndirmək, tərəflərin limanları arasında dənizlə yüklərin daşınmasının inkişafına mane ola biləcək amillərin aradan qaldırılması üzrə əməkdaşlığı təmin etməkdir. Sazişdə iki tərəf arasındakı münasibətlərdə ayrı-seçkiliyə yol verilməməsi və azad rəqabət, dəniz nəqliyyatının inkişaf etdirilməsi, limanlarda, daxili sularda və ərazi dənizlərində gəmilər üçün yaradılan şərait, dəniz nəqliyyatının asanlaşdırılması, gəmi sənədlərinin qarşılıqlı tanınması, cinayət baş verdiyi zaman tətbiq olunan prosedurlar, dənizdə baş verən hadisələr, texniki əməkdaşlıq, beynəlxalq öhdəliklər, mübahisələrin həlli barədə müddəalar yer da alıb. Həmçinin sazişdə limanlara sərbəst giriş-çıxış, lövbərə durma yerinin təyin edilməsi, liman vasitələrindən maneəsiz istifadə, yük əməliyyatları, sərnişinlərin mindirilməsi və düşürülməsi, naviqasiya üzrə xidmətlərin istifadəsi və digər adi kommersiya əməliyyatlarının icrası ilə bağlı hər bir tərəfin öz gəmilərinə yaratdığı imkanları digər tərəfin gəmilərinə də yaratması barədə müddəalar əks olunub ki, bu da Azərbaycan bayrağı altında üzən gəmilərin Polşaya, Polşa bayrağı altında üzən gəmilərin isə Azərbaycana yük və sərnişin daşıması prosesinə daha intensiv cəlb olunmasına öz töhfəsini verəcək. Eyni zamanda, görüşdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı perspektivləri barədə söhbət aparılıb, qeyd olunan sahədə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
13.11.2018
Oktyabrda bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info