Aydın Əliyev: “Oyunlarla əlaqədar yüklərin kəskin artımı gözlənilir”
Tarix: 21.05.2015 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


“Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar gömrük işçilərinin sayında dəyişiklik edilməyib, eyni səviyyədədir. Sadəcə olaraq, bu məsələlərə daxili imkanlarımız səviyyəsində baxırıq. Dil bilənləri, təcrübəli mütəxəssisləri sərhədlərə əlavə cəlb edəcəyik”.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə bildirib.
A.Əliyev qeyd edib ki, bütün sərhədlərdə Dövlət Gömrük Komitəsinin təcrübəli mütəxəssislərinin iştirakı ilə yüklərin, sərnişinlərin gəlişilə bağlı seminarlar keçirilib: "Əl yüklərinin və baqajların rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan və ingilis dilində məlumat kitabçaları nəşr olunub. Bütün sərhədlər, o cümlədən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsi bu məlumat kitabçaları ilə təmin edilib. Əl yüklərinin vaxtında rəsmiləşdirilib sərhədləri keçməsi üçün turistlərə bütün şərait yaradılacaq".
A.Əliyev bildirib ki, qonşu ölkələrdən fərdi avtomobillərin sərhədlərdən buraxılması qaydalarında dəyişiklik edilməyəcək: "Oyunlarla bağlı müəyyən işləri artıq görürük. Qarşımızda qoyulan vəzifələr üzrə çalışırıq".A.Əliyevin sözlərinə görə, oyunlarla əlaqədar yüklərin kəskin artımı gözlənilir və artıq buna başlanılıb:
"Bilirsiniz ki, burda bəzi spesifik məsələlər var. Bəzi idman növləri ilə bağlı silahların, tibbi preparatların gətirilməsinin tezliklə qanuni rəsmiləşdirilməsi kimi məsələlər həll ediləcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21.02.2019
Azərbaycanda yeni zəli növləri aşkar edilib
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info