“Ermənistanı sülhə vadar etmək üçün beynəlxalq ictimaiyyət ikili standartlara son qoymalıdır”
Tarix: 21.05.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Kanada parlamentinin deputatı, hakim Mühafizəkarlar Partiyasının üzvü, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolini qəbul edib.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı X. Xələfov Azərbaycan-Kanada ikitərəfli münasibətlərin inkişafı baxımından parlamentlərarası münasibətlərin mühüm yer tutduğunu bildirərək, əməkdaşlığın müxtəlif sahələrində, xüsusilə iqtisadi sahədə inkişafı üçün geniş imkanların olduğunu deyib.
Regional inkişaf və inteqrasiyaya başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsinə dair danışıqlar prosesinin son durumu barədə məlumat verən nazir müavini qeyd edib ki, bu prosesdə dağıdıcı mövqe tutan Ermənistanı sülhə vadar etmək üçün beynəlxalq ictimaiyyət tərəfindən ikili standartların tətbiqinə son qoyulmalı və ədalətli mövqe sərgilənməlidir. X. Xələfov bildirib ki, NATO üzvü olan Kanada bu prosesdə fəal olmalıdır və Kanada şirkətlərinin işğal edilmiş Azərbaycan ərazilərində fəaliyyətinə yol verilməməlidir.
Azərbaycana dördüncü dəfə səfər etdiyi bildirən B.Devolin ölkəmizin gündən-günə inkişafı və tərəqqisinin onda xoş təəssüratlar oyatdığını qeyd edərək, Kanada ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı baxımından mövcud potensialın konkret layihələrdə əks olunmasının faydalı olacağını qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info