Jurnalistlər Avropa Oyunları yarışlarının keçiriləcəyi üç idman obyektində olublar
Tarix: 21.05.2015 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Mayın 20-də Azərbaycan KİV-lərinin nümayəndələri birinci Avropa Oyunları zamanı yarışların keçiriləcəyi üç idman obyektində - VMX Veloparkı, Su İdmanı Sarayı, “Baku Crystal Hall” Sarayında olublar.
Jurnalistlərə məlumat verilib ki, sahəsi 25 min kvadratmetr olan velopark 990 tamaşaçı tutumuna malikdir. Velosipedçi kişilərin və qadınların yarışlarında 20 ölkədən 49 idmançının iştirakı gözlənilir. Yarışlar iyunun 26-dan 28-dək saat 14:00-dan 17:00-dək keçiriləcək. Avropa Oyunları başa çatdıqdan sonra veloparkdan idmançılarımız üçün məşq və yeni yarışların keçiriləcəyi yer kimi istifadə edilməsi planlaşdırılır.
Sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayında üç hovuz yaradılıb. Uzunluğu 50, eni 25, dərinliyi 2,5 metr olan əsas hovuz müxtəlif su idmanı növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar, ikinci hovuz suya tullanma yarışları üçün nəzərdə tutulub. Burada 1, 3, 5, 7,5 və 10 metr hündürlükdən tullanmaq üçün beşpilləli platforma tikilib. Hovuzun uzunluğu 20, eni 25, dərinliyi 5 metrdir. Sarayda, həmçinin məşqlər üçün üzgüçülük hovuzu var.
“Baku Crystal Hall” Sarayında isə beş idman növü – voleybol, boks, taekvondo, karate, qılıncoynatma yarışları keçiriləcək. Onun arenası üç hissəyə - bir-birindən akustik divarlarla ayrılmış zallara bölünüb. Birinci zalda iyunun 13-dən 28-dək voleybolçular, ikinci zalda iyunun 16-dan 27-dək boksçular yarışacaqlar. Üçüncü zal qılıncoynatma, karate və taekvondo üzrə müvafiq olaraq iyunun 23-dən 27-dək, 13-dən 14-dək və 16-dan 19-dək keçiriləcək yarışlar üçün nəzərdə tutulub. Karate yarışlarında 42, taekvondo yarışlarında 41, qılıncoynatma yarışlarında 38 ölkənin idmançılarının iştirakı gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info