“Separatçı rejimin “prezidenti”nin Fransaya səfərinin heç bir beynəlxalq hüquqi əsası yoxdur”
Tarix: 21.05.2015 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Fransadakı Azərbaycan icması Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz yaradılan, heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin mayın 17-19-da Fransaya səfərini pisləyən bəyanat yayıb. Bəyanatda eyni zamanda Drom departamentinin Villörbann və Sarsel şəhərləri ilə hazırda işğal altında olan Azərbaycanın mədəniyyət beşiyi Şuşa və Ağdərə şəhərləri arasında “dostluq və qardaşlıq xartiyası”nın imzalanmasına qarşı etiraz ifadə olunur.
Bəyanatda bildirilir ki, Azərbaycanın qədim şəhərləri olan Şuşa və Ağdərə 20 ildən artıqdır Ermənistanın işğalı altındadır. İstər separatçı rejimin “prezidenti”nin Fransaya səfərinin, istərsə də işğal altında olan Azərbaycanın iki şəhəri ilə “dostluq və qardaşlıq xartiyası”na dair sənədin imzalanmasının heç bir beynəlxalq hüquqi əsası yoxdur. Bu, yalnız Azərbaycanla Fransa arasında inkişaf etməkdə olan dostluq əlaqələrinə xələl gətirə bilər. Sənəddə vurğulanır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Buna görə də Azərbaycanın işğal altındakı Şuşa və Ağdərə şəhərləri ilə Fransanın Drom departamentinin Villörbann və Sarsel şəhərləri arasında “əməkdaşlıq və dostluq xartiyası”na dair sənədin imzalanması beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından silah gücünə çıxarıldığı, əsir və girov götürülən günahsız soydaşlarımızın erməni düşərgələrində insanlığa yaraşmayan işgəncələrə məruz qaldığı və onların taleyindən heç bir xəbər olmadığı bəyanatda öz əksini tapıb.
Bəyanatda həmçinin Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində minlərlə evin və inzibati binanın, məktəblərin, tibb müəssisələrinin, mədəniyyət saraylarının, kitabxanaların, tarixi abidələrin, muzeylərin, kənd təsərrüfatı və sənaye obyektlərinin, su hövzələrinin vəhşicəsinə yerlə-yeksan edildiyi qeyd olunub.
Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeridən ermənilərin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan şəhəri Xocalıda törətdiyi vəhşiliklər, qəddarlıqla həyata keçirilən soyqırımı zamanı hətta dinc sakinlərə belə aman verilmədiyi, qadınların və uşaqların amansızlıqla qətlə yetirildiyi bəyanatda diqqətə çatdırılıb. Daha sonra bəyanatda qeyd olunur ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini heç bir şərt qoymadan azad etməsi barədə BMT-nin qətnamələrinə baxmayaraq, bu təcavüzkar ölkə öz işğalçılıq siyasətini indi də davam etdirir, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma aparılır: “Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa münaqişənin ədalətli və düzgün həllinin axtarışında, Azərbaycan ərazisinin bütövlüyünün təmin edilməsində öz səylərini əsirgəməyəcək”. Bəyanat Drom departamentinin, Sarsel və Villörbann şəhərlərinin rəhbərlərinə, senator və deputatlarına və digər rəsmi təşkilatlara göndərilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info