Litva səfiri: “Bakıda keçiriləcək I Avropa Oyunları bütün Avropa üçün birlik bayramı olacaq”
Tarix: 21.05.2015 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Bakıda keçiriləcək ilk Avropa Oyunları bütün Avropa üçün birlik və ilhamverici idman bayramı olacaq, qitədə sülh və dialoq işinə əhəmiyyətli töhfə verəcək. Bu barədə Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib.
V.Lastauskas bildirib: “Azərbaycan ilk Avropa Oyunları üçün infrastrukturun inkişafı sahəsində həqiqətən möhtəşəm işlər görüb. Bunu diqqətlə müşahidə etmək üçün yaxşı imkanımız var, belə ki, Litva səfirliyi ilk Avropa Oyunlarının keçiriləcəyi yerlərdən birinin yaxınlığında yerləşir. Mənə məlumdur ki, Azərbaycanın iri beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəsi var və biz Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminik”.
Diplomatın sözlərinə görə, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı razılığını verməklə, ölkənin açıq və tolerant olduğunu, Avropa eyniyyətini təsdiqlədi. Səfir həmçinin qeyd edib ki, Litva oyunlarda 100 nəfərdən çox nümayəndə heyəti ilə təmsil olunacaq: “Nümayəndə heyətinə Litvanın ən yaxşı idmançıları daxil olacaq. Onlar bir çox yarışlarda iştirak edəcəklər. Ümid edirəm ki, idmançılarımız İlk Avropa Oyunlarında medal qazanacaqlar”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info