“Azərbaycan qitə miqyaslı tədbirlər təşkil edə bilən dostcanlı bir ölkədir”
Tarix: 21.05.2015 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


“Azərbaycan tarixə birinci Avropa Oyunlarını keçirən ölkə kimi daxil olacaq”.
Bu sözləri Polşanın Vrotslav şəhərinin meri Rafal Dutkeviç Azərbaycan jurnalistləri ilə görüşündə deyib.
Vrotslavın meri deyib: “Arzu edirəm ki, Avropa Oyunları müvəffəqiyyətlə keçsin və yaxşı nəticələr versin. Siz ölkənizin populyarlaşması baxımından udursunuz. Avropalılar Oyunların keçiriləcəyi günlərdə Azərbaycanı yaxından tanıyacaqlar və görəcəklər ki, Azərbaycan qitə miqyaslı tədbirlər təşkil edə bilən dostcanlı bir ölkədir. İnsanlar Azərbaycan haqqında çox şey öyrənəcəklər. Gələcəkdə hamı biləcək ki, birinci Avropa Oyunları Bakıda keçirilib. Hər işdə olduğu kimi, burada da birinci olmaq əhəmiyyətlidir. Məsələn, hamı bilir ki, Ayda birinci Nil Armstronq olub. Ayda olmuş digər insanları isə heç kəs xatırlamır. Bakı da birinci Avropa Oyunlarının vətəni olacaq. Bu cür ilk yarışların Bakıda keçirilməsi Azərbaycan üçün çox böyük bir şansdır”.
Şəhərin rəhbəri bildirib ki, Polşa KİV-lərində “Bakı-2015” ilk Avropa Oyunları haqqında çox informasiya verilir. Bu informasiya əsasən Avropa Oyunlarının keçirilməsi üçün yaradılan infrastruktur haqqındadır. Rafal Dutkeviç bütövlükdə Avropanın və dünyanın Azərbaycanla maraqlandığını söyləyib və bu marağın qorunub saxlamasının zəruriliyini vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info