Sahib Alıyev: “Onlar “Minsk qrupundakı erməni havadarları” adlandırılmalıdırlar”
Tarix: 21.05.2015 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk Qrupunda təmsil olunan ölkələr zaman-zaman Dağlıq Qarabağ probleminin həllinə maneə törədən addımlar atıblar. Son olaraq həmsədrlərdən biri olan Fransa hökuməti Minsk Qrupundakı qeyri-səmimiliyini göstərdi. Fransız deputatlar qondarma qurumda keçirilən “seçkilərdə” müşahidəçi oldular. Bu azmış kimi, Bako Saakyan “seçki” qurtaran kimi, Fransaya yollandı.
Fransanın Dağlıq Qarabağda yardılan separatçı rejimə dolayısı ilə siyasi dəstək göstərməsinə millət vəkili Sahib Alıyev qəzetimizə açıqlamasında etirazını bildirdi: “Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan bir dəstə yandaşıyla Fransada səfərdə olub. Bundan öncə isə həmin Fransanın 3 deputatı Dağlıq Qarabağda keçirilən uydurma parlament seçkisini izləmək üçün orada idilər. Bütün bunlara görə Fransanın ölkəmizdəki səfiri Paskal Mönye Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Notada Fransanın bu hərəkətlərinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi mandatına uyğun gəlmədiyi və münaqişəsinin həllinə xələl gətirdiyi vurğulanıb. Əgər nəzərə alsaq ki, separatçılara təkcə Fransa yox, Minsk qrupunun digər iki həmsədri də zaman-zaman açıq və gizli dəstək veriblər və verirlər, onda onları öz adlarıyla çağırmaq lazımdır”. Sahib Alıyevə görə, onlar Minsk qrupunun həmsədrləri yox, “Minsk qrupundakı erməni havadarları” adlandırılmalıdırlar.
Bütün bunlar bir daha göstərir ki, ATƏT-in Minsk Qrupunun belə formatda Dağlıq Qarabağ probleminin həllində heç bir faydası yoxdur. Mövcud vəziyyətin tələbi Minsk Qrupunun formatını dəyişməkdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info