“The Guardian”: “Avropa Rusiyanı qıcıqlandırmaq fikrində deyil”
Tarix: 21.05.2015 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


“Riqadakı “Şərq tərəfdaşlığı” sammiti çox güman ki, Avropa İttifaqının Qonşuluq Siyasəti proqramının iflasını bir daha təsdiq edəcək”.
“RİA Novosti”nin verdiyi məlumata görə, bu fikir “The Guardian” qəzetində işıq üzü görmüş məqalədə yer alıb.
Yazıda qeyd olunur ki, Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nı Moskvanın postsovet respublikalarına təsir imkanlarına mane olmaq üçün yaratsa da, Rusiyanın Ukraynanın şərqindəki münaqişəyə müdaxiləsi Brüsselin planlarını tamamilə alt-üst edib: “Üstəlik altı ölkədən ikisi – Belarusla Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşuldu. Enerji resurslarına görə Avropaya lazım olan Azərbaycan isə proqrama marağını itirib. Belə ki, ölkə Prezidenti İlham Əliyev sammitə getməyəcək”.

Məqalədə bildirilir ki, Avropa İttifaqının üzvləri “Şərq tərəfdaşlığı” proqramının irəliləməsi üçün daha fəal iş görmək, ya da ambisiyaları azaltmaq dilemması qarşısında qalıblar. Qeyd olunur ki, Riqadakı sammitdən öncə avropalı məmurlar əvvəlki kimi “Şərq tərəfdaşlığı” ideyasına sadiq qaldıqlarını bəyan etsələr də, onların açıqlamaları göstərir ki, Avropa Rusiyanı qıcıqlandırmaq fikrində deyil.

Yazıda Avropaya ən çox can atan Ukrayna ilə Gürcüstanın, habelə Moldovanın Riqa sammitində hansısa dividendlər əldə edə biləcəklərinə şübhə ilə yanaşılır. “Avropa İttifaqı onlara inteqrasiya və quruma qəbulla bağlı hansısa vədlər vermək istəmir. Bəzi ölkələr Riqa sammitinin gündəliyinin tərkib hissəsi kimi keçmiş SSRİ respublikalarının Avropa İttifaqına qoşulmasının dumanlı perspektivlərini belə nəzərdə keçirmək istəmirlər. Bu üzdən sammit çərçivəsində hətta Ukrayna və Gürcüstanla vizasız rejim məsələsi böyük ehtimalla həllini tapmayacaq”.


Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info