“Die Welt“: «Çin fond bazarında ABŞ-ın əsas rəqibi olacaq»
Tarix: 21.05.2015 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Nyu-York Fond Birjası tarixində ilk dəfə olaraq ciddi bir rəqiblə üzləşməkdir . Məsələ bundadır ki, Çinin Fond bazarları öz aralarında birləşib, birdəfəlik olaraq xarici aləm üçün açılacaq. Bununla da, elə bir maliyyə meydanı yaranmaq üzrədir ki, heç bir iri investor onu inkar edə bilməyəcək. Sadəcə bir şey aydındır ki, yaxın gələcəkdə Şanxay Birjasının ardınca Şençjen Fond Bazarı da Honkonq Birjası ilə birbaşa əlaqədə olacaq. Beləliklə də, bu üç fond bazarının birləşməsi nəticəsində 13 trilyon dollar kapitala malik yeni fond bazarı meydana çıxacaq. Doğrudur, Nyu-York Birjası 16.5 trilyon dollara malik vəsaitlə hələ ki, dünyada birinciliyini saxlayacaq. Buna baxmayaraq, ilk dəfə olaraq Uoll-strit üçün ciddi rəqib meydana çıxır. Çünki, hazırda dünyada maliyyə vəsaitinə görə üçüncü fond birjası hesab edilən Tokio birjasının kapitalı 4 trilyon dollardan bir az atrıqdır, Frankfurt birjasının isə kapitalının həcmi heç 2 trilyon dollara da çatmır.
Qeyd edilməlidir ki, Çin bazarları kifayət qədər böyük əhəmiyyət kəsb etsə də, dünyadan təcrid olaraq bu ölkənin yüksək divarları arxasında həyata keçirilirdi. Şanxay və Şençjendə əsasən Çinin ticarət etmək hüququ var idi və əslində xaricilərin mübadiləsi üçün bağlı idi. Honkonqda isə əksinə, ticərəti əsasən xaricilər həyata keçirirdilər. Ötən ilin noyabr ayında Şanxay və Honkonq birjaları arasında yaradılan əlaqəyə
görə, dünya investorlarına Şanxayın səhmlərini Honkonq fond birjası vasitəsilə almaq imkanı verildi. Eyni zamanda, gündəlik əməliyyatların həcmində məhdudiyyətlər nəzərdə tutulsa da, Şençjen birjası bu ikiliyə qoşulduqdan sonra bu məhdudiyyətlər əsasən aradan qaldırıldı.
Bir daha qeyd edək ki, təkcə Şanxay bazarının açılması investorlar arasında böyük eyforiyaya səbəb olmuşdu. Ötən ilin yayından başlayaraq, qərar qəbul edildiyi andan fond qiymətləri demək olar ki, iki dəfə artmışdı. Oxşar tendensiya gözlənildiyi kimi, Şençjen birjasında da müşahidə ediləcək və artıq bu bazar beynəlxalq investorlar üçün açıq olacaq.
İndi Şanxayda satılan səhmlərə Şençjen Fond Birjasının indeksi də daxil edilib və bunun ciddi nəticələri olacağı göz önündədir. Nəzərə alsaq ki,
Çinin səhmləri dünya fond birjalarında ümumi kapitallaşmanın 19%-ni, inkişaf etməkdə olan ölkə bazarlarda isə təxminən 40% -i təşkil edir, bu halda Çinin gələcəkdə bazar paylarında üstünlük təşkil edəcəyinə dəlalət edir.
Qeyd edək ki, bu da hələ son deyil. Bütün bunlara paralel olaraq, Çin bütün dünya üçün dövlət istiqrazları bazarını açır. Artıq bu il buraya 250 milyard dollar məbləğində istiqrazlar yerləşdirilə bilər. Yaxın illərdə bu məbləğ 1.5 trilyon dollara çatdırıla bilər. Nəhayət, Honkonq birjası növbəti addım atmağa hazırlaşır. Birja rəhbərliyi yaxın günlərdə Taybey birja rəhbərliyi ilə Tayvan səhmləri bazarını genişləndirmək barədə danışıqlara başlayacaq.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info